İlhamƏliyev Azərbaycanın Belçikadakı səfirliyinin yeni binasının açılışında

İlhamƏliyev Azərbaycanın Belçikadakı səfirliyinin yeni binasının açılışında –FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Brüsseldə ölkəmizin Belçika Krallığındakı səfirliyinin yeni binasının açılışında iştirak edib.

Faktinfo.az xəbər verir ki, Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov və binanın dizayneri, Belçikanın tanınmış memarı Filip Vanhereveqe dövlətimizin başçısına görülən işlər barədə məlumat veriblər.

Brüsselin Tervuren prospektində yerləşən bina 2014-cü ildə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi tərəfindən alınıb, daxili əsaslı təmir edilib, fasadı isə yenilənib. Bina Avropa təsisatlarına çox yaxın məsafədə, Parmentier parkının yaxınlığında, çoxsaylı diplomatik missiyaların yerləşdiyi prospektdədir.

Azərbaycan Prezidenti binanın rəmzi açılışını bildirən lenti kəsib.

Dövlətimizin başçısı binada yaradılan şəraitlə tanış oldu. Binanın girişi dövlət rəmzləri ilə bəzədilib. Burada dünyanın müxtəlif şəhərlərinin məşhur muzeylərində saxlanılan Azərbaycan xalçalarının fotoları, həmçinin 1870-ci il Təbriz xalçası nümunəsində əllə toxunmuş xalça da var. Daxili tərtibat işləri zamanı Qobustan qayaüstü rəsmlərinə də yer ayrılıb.

Dövlətimizin başçısı səfirliyin əməkdaşları ilə xatirə şəkli çəkdirib.

Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri başa çatıb.

İlhamƏliyev Azərbaycanın Belçikadakı səfirliyinin yeni binasının açılışındaİlhamƏliyev Azərbaycanın Belçikadakı səfirliyinin yeni binasının açılışındaİlhamƏliyev Azərbaycanın Belçikadakı səfirliyinin yeni binasının açılışında
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi