İmperator çağırış etdi: Qayıdıram!

İmperator çağırış etdi: Qayıdıram! 

Türkiyəli məşhur müğənni İbrahim Tatlısəs yenidən sənətə qayıdacaq.

Müğənni bu barədə şəxsi İnstaqram hesabında yazıb.

“Sevgili dinləyicilərim, mənim üçün darıxdığınızı bilirəm. Mən də sizin üçün darıxmışam. Yaxında qovuşacağıq, çox az qaldı. Bu müddət ərzində sizdən xahiş edirəm ki, özünü yalandan mənim menecerim və prodüserim kimi təqdim edənlərə inanmayın. Çünki görürəm ki, xüsusilə xarici ölkələrdə yaxın zamanda səhnəyə çıxacağıma dair yalan xəbərlər yayılır. Başqalarına inanmayın! Sizləri sevirəm", - deyə o qeyd edib.

Xatırladaq ki, 2011-ci ildə silahlı hücuma məruz qalan müğənni başından yaralanıb. Uzunmüddətli müalicələrdən sonra tam sağlığa qovuşmadığı üçün türk müasir musiqisinin imperatoru sənətdən uzaqlaşmalı olub.

Kult.az

İmperator çağırış etdi: Qayıdıram!
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi