
İran Hörmüzün hansı şərtlərlə açılacağını elan etdi
Hörmüz boğazı hərbi təhdidlər və ya təzyiqlər nəticəsində açılmayacaq.
Yeniavaz.com “Mehr” agentliyinə istinadla xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin xüsusi nümayəndəsi Məhəmməd Əkrəminiya bildirib.
“Amerikanın İslamabad Anlaşma Memorandumunun şərtlərinə sadiq qalması, bütün hərbi əməliyyatların dayandırılması və İranın suveren hüquqlarına hörmət edilməsi bu dəniz arteriyasının açılması üçün əsas şərtlərimizdir”, - deyə o bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazı İranın iradəsinə hörmət edilənə qədər bağlı qalacaq.
Əkrəminiya qeyd edib ki, Tehran ABŞ və müttəfiqləri tərəfindən İslamabadda razılaşdırılmış memorandum çərçivəsindən kənarda Hörmüz boğazında görülən hər hansı bir tədbiri suverenliyin pozulması kimi qiymətləndirir və bu silahlı qüvvələr tərəfindən dayandırılacaq.












Bu xəbər üçün şərh yazın