İranın Azərbaycan NİFRƏTİ: - "Tehranın siyasəti üzsüzlükdən, riyakarlıqdan ibarətdir"

İranın Azərbaycan NİFRƏTİ: - "Tehranın siyasəti üzsüzlükdən, riyakarlıqdan ibarətdir" 

“İran bu hərəkətlərinə görə Azərbaycandan üzr istəməlidir”.

Bu sözləri İrana məxsus yük maşınlarının Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə qanunsuz keçməsi və eyni zamanda, Xankəndidəki erməni separatçılarına dəstək məqsədli yüklərin daşınması ilə bağlı yeni faktlara toxunan Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədri hesab edir ki, İran Azərbaycana qarşı ikilistandartlı siyasətdən çıxış etməyinə davam edir:

“Təəssüf ki, İranın gerçək üzü üzsüzlükdən, riyakarlıqdan ibarətdir. İran Azərbaycanın varlığına Güney azərbaycanlıların milli oyanışı üçün təkan rolunu oynaya biləcək əsas faktor kimi baxdığı üçün daim narahatlıq hissi yaşayır. Ancaq İranın bu xofu ilk növbədə bu ölkənin özünə zərər verir və eyni zamanda, Azərbaycan-İran münasibətlərinin daha sağlam müstəviyə keçməsinə bir qayda olaraq mane olur. Odur ki, rəsmi Tehran Azərbaycana münasibətdə bu ənənəvi stereotiplərindən əl çəkməli, yeni qonşuluq fəlsəfəsindən çıxış etməlidir. Yeni qonşuluğun ilk və əsas prinsiplərindən biri isə bu ölkənin Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşması olmalıdır. İran Qubadlıdan öz yük maşınlarının Ermənistana keçidinə və eləcə də Xankəndinə qeyri-qanuni yüklərin daşınmasına son qoymalıdır”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi