Kinoteatr sökülür-

Kinoteatr sökülür- Ticarət-əyləncə mərkəzlərinin biri də artacaq

Bakının Qara Qarayev prospektində yerləşən məşhur "Sevinc" kinoteatrı sökülmək üçün hasara alınıb.

Ərazidə yaşayan sakinlər  bildirib ki, hasara alınan kinoteatr sökülərək yerində bir neçə mərtəbəli ticarət mərkəzi, zirzəməsində isə geniş parking tikiləcək.

Məsələ ilə bağlı  açıqlama verən Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov bildirib ki, adıçəkilən kinotetar Mədəniyyət Nazirliyinin balansında deyil. Həmin kinoteatr 2000-ci ilin əvvəllərində özəlləşdirilib.

Qeyd edək ki, 1970-ci illərdə istifadəyə verilən "Sevinc" (Təbriz) kinoteatrı uzun müddətdir fəaliyyət göstərmir.(Unikal.org)

Nizami Rayon İcra Hakimiyyətindən (RİH) ONA-ya bildirilib ki, kinoteatrının yerində daha müasir ticarət-əyləncə mərkəzinin tikilməsi planlaşdırılır: “Yeni mərkəzin layihəsi ilə bağlı aidiyyəti qurumlardan rəy və tikinti üçün icazə alınıb”.

Onu da qeyd edək ki,kinotetırlar sökülərkən yeniləri ilə əvəzlənmir,ölkəmiz üçün xarakterik olan ticarət-əyləncə mərkəzləri ilə əvəzlənir.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi