Könül Nurullayeva : Beynəlxalq təşkilatlar Ermənistanın işğal siyasəti ilə bağlı məlumatlandırılıb

Könül Nurullayeva : Beynəlxalq təşkilatlar Ermənistanın işğal siyasəti ilə bağlı məlumatlandırılıb 

Milli Məclisin deputatı Könül Nurullayeva Dağlıq Qarabağ münaqişəsi əstrafında baş verən ən son hadisələr, Ermənistanın işğal siyasəti ilə bağlı bəzi nüfuzlu beynəlxalq təşkilatları məlumatlandırıb. Belə ki, millət vəkili “Sülh və Tolerantlıq üzrə Dünya Konsulluğunun Prezidenti, Cənab Al-Jarvana təşkilatın ilk Azərbaycanlı üzvü kimi rəsmi məktub ünvanlayıb.

Faktinfo.az xəbər verir ki, bu barədə K.Nurullayeva özü məlumat verb. Bildirib ki, dünyada sülhün və tolerantlığın bərqərar olmasına çalışan bu təşkilata Dağlıq Qarabağ həqiqətləri haqqında, erməni təxribatları və humanitar atəşkəs zamanı baş verən müharibə cinayətləri barədə məlumat verilib. Eyni mövzuda məktub Qadın Siyasətçi Liderləri təşkilatının Prezidenti, Xanım Koç-Mehrinə də ünvanlanıb. Sözügedən  təşkilatın Azərbaycan üzrə səfiri Könül Nurullayeva Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən ən son hadisələrə, erməni təxribatlarına diqqət çəkib. Münaqişə nəticəsində mülki şəxslərin, eyni zamanda qadınların da ziyan çəkdiyi və həlak olduğu diqqət çatdırılıb.

 K.Nurullayevanın eyni zamanda İslam Həmrəylik İdman Federasiyasının İcraçı İdarə Heyətinin üzvü kimi təşkilatın Prezidenti, Şahzadə Əbdüləziz Əl Sauda ünvanladığı məktubda isə bildirilir: “İdman təşkilatlarının siyasət və

münaqişədən uzaq olmasına baxmayaraq inanıram ki, bu gün Dağlıq Qarabağ münaqişəsi və haqq səsimiz bütün mümkün platformalarda eşidilməlidir. Bu fonda təşkilatın bizim müraciətimizi qeydə alacağına və Qarabağ həqiqətlərini İslam və idman aləminə çatdıracağına inanıram”.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi