Maral Tahirqızı intim videosundan danışdı: “Şərəfsiz, getsin arvadından...”

Maral Tahirqızı intim videosundan danışdı: “Şərəfsiz, getsin arvadından...” 

Həbsdən təzə çıxan müğənni Maral Tahirqızının başı yenidən dərddədir. Müğənninin intim videosu yayılıb. Mətbuata müraciət edən müğənni videodakı şəxsin başqası olduğunu bildirməklə bərabər, müəyyən yerlərə şikayət edəcəyini də deyib.

Müğənni AzNews.az-a müsahibəsində bu videonu yayan şəxsi tanıdığını deyib.

- Maral xanım, intim video görüntünüz yayılıb...

- Anlaya bilmirəm, niyə mənim haqqımda belə yazırlar? Mənim adıma, ünvanıma ləkə gətirən sözü mətbuata yazmasınlar, başqa adamın şəklini qoyub "Maral" deməsinlər. Kim reklam istəyirsə, özünün adını yazsın. Özünün qardaşı, baçısı, anası, arvadı haqqında yazsın.

- Bunun kimlər tərəfindən edildiyini araşdırmısınız?

- Kimin etdiyini bilirəm. O adam mənə zəng edib. Burdan ona səslənirəm: get özünün adını hallandır! Məni qalmaqala çəkməyin.

- Sizdən nə istəyirlər?

- Bilmirəm. Ayıbdır. Mənim düşmənim, mənə zəng edən, saxta videonu yayanlardır.

- Baş verənlərlə bağlı hansı addım atacaqsınız? Məsələ hüquq mühafizə orqanlarında araşdırılacaq, yoxsa...

- Mən alçaq adamların arxasınca düşəsi deyiləm. Düşəndə də onu məhv edəcəm. Anasına, bacısına, qohumuna-əqrabasına hörmət edən, şəxsiyyəti-mənliyi olan adam başqasına da hörmət edər. Şəxsiyyətsiz, hörmətsiz adam elə yazıların altından adını yazmaz. O qədər yazılası problem var ki... Yazsınlar da, gərək elə Maral Tahirqızının adını yazıb oxucu gətirsinlər? Dəhşətdir e! Yıxılan ağaca balta vuran çox olar. Onunla neçə mübarizə aparacağımı özüm bilirəm. Nəsə eləmək istəyirlər, amma mən yerimi bilən adamam. Məhkəmələrdən güclə canımı qutarmışam. Haqq-ədalət görmədim ki, bir də təzədən o cevrəyə dönəm. Belə yazılar mənim səhhətimə təsir etmir. Külək qayadan nə apara bilər? Alnım açıq, üzüm də ağ - kim nə istəyir yazsın, onsuz da o ləkələr mənə yapışmayacaq. Mənim maşınım yoxdur, yolu piyada gedib-gəlirəm. Hamı bilir ki, Maral necə adamdır. Getsin arvadından yazsın. Niyə mənim adımı belə çirkin olayda hallandırır? Mənim də ailəm, qardaşım var. Sən kiminsə qohumuna, bacısına, arvadına niyə sataşırsan? Bu, şərəfsizlikdi! Əlində hansı faktın var? Mənzil kirayə vermək nə vaxdan cinayət olub? Mən evimi kirayə vermək üçün kimdənsə qorxmuram. Düzdür, məni bu maddə ilə həbs ediblər, amma sübut varsa, qoysunlar ortaya. Mən hər yerə gedirəm, Maral görmür kim nə işlə məşğuldur? Heç kəs yerdən çıxmayıb. Şərəfsiz adam şərəfsiz işlərlə məşğuldur, mənsə sənətimlə. Mən elə qadın olsaydım, arxamda duran adam olardı. Gəzəyən adam haqqında belə şeylər yazmırlar, arxasında olan sponsorundan qorxurlar. Halal zəhmətimlə qazanıb musiqi yazdırmışam. Alçağın biri də gəlib belə pis şeylər yazıb. Əl çəkmirlər yaxamdan... nə istəyirsiniz? Adımı, sənətimi reklam eləsin. Əyri-üyrü görüntüləri qoyublar ki, guya Maraldı. Maral həyatda dümdüzdür.

Maral Tahirqızı intim videosundan danışdı: “Şərəfsiz, getsin arvadından...”
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi