"Mən institut direktoru işləyərkən bir il ərzində heç bir tender keçirilməyib"

"Mən institut direktoru işləyərkən bir il ərzində heç bir tender keçirilməyib" -İbrahim Cəfərov

Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov 6 oktyabr 2022-ci il tarixindən bu günə qədər ümumi məbləğ 100 min manat dəyərində olan, 6 tenderin keçirilməsi ilə bağlı bir sıra saytlarda yayımlanan xəbərə aydınlıq gətirib.

O, Faktinfo.az saytına açıqlamasında bildirib ki,dövlətin nəzdində olan universitet və elmi -tədqiqat  institutunun normal fəaliyyət göstərməsi üçün müəssisəyə müvafiq vəsaitlərin açılması və onun xərclənməsi təbii haldır.

"Mən  institut direktoru işləyərkən bir il ərzində heç bir tender keçirilməyib,kotirovka sorğuları olub və İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin icazəsi alındıqdan sonra kotirovkalara uyğun satınalmalar həyata keçirilib,"- İbrahim Cəfərov qeyd edib.

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi