
Messi İngiltərə üzərində qələbəni Maradonaya həsr etdi
Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatının (DÇ-2026) yarımfinal mərhələsində İngiltərə üzərində qələbəni (2:1) dünya futbolunun əfsanəsi Dieqo Maradonaya həsr edib.
Bu barədə tanınmış jurnalist və insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat verib.
"Bu qələbə Maradona üçündür. Bizim onun dövründə yaşamağımız böyük şansdır. Mən heç vaxt özümü onunla müqayisə etmək istəməmişəm və məni sevdiyini bilirəm. Birlikdə yaşadığımız bütün gözəl anları yaddaşımda saxlamağa üstünlük verirəm", - deyə Messi vurğulayıb.
Qeyd edək ki, DÇ-2026-nın final matçında Argentina millisi İspaniya ilə qarşılaşacaq. Qarşılaşma iyulun 19-da baş tutacaq./Oxu.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın