Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib

Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib - FOTOLAR

24 saylı seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayon sakinləri, o cümlədən Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlar tərəfindən ünvanlanmış müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.

Görüşdə millət vəkili vətəndaşları canlı və onlayn formatda dinləyib, müxtəlif mövzularda onları narahat edən problemləri qeydiyyata götürüb.

Faktinfo.az saytına deputat qərargahından verilən məlumata əsasən xəbər veririk ki, görüş zamanı qəbul iştirakçıları tərəfindən səsləndirilən əsas məsələlər sırasında Vətən Müharibəsi şəhidinin adına abidə ucaldılması, məhkəmə qərarının icrasının təmin edilməsi ilə bağlı vətəndaşa hüquqi dəstəyin göstərilməsi, sosial-məişət şəraiti aşağı olan ailənin müvəqqəti olaraq sığınacağa yerləşdirilməsi, aztəminatlı ailələrə mənsub abituriyentlərə qəbul imtahanlarına hazırlanmaqda dəstəyin göstərilməsi və s. bu kimi məsələlər başlıca yer alıb.

Qəbulun sonunda deputat K.Nurullayeva görüş iştirakçılarına bildirib ki, qeydiyyata götürülmüş müraciətlər ən yaxın zamanda aidiyyəti üzrə müvafıq qurumlara ünvanlanacaq, məsələlərin həlli istiqamətində lazımi addımlar atılacaqdır.

Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçiribMillət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçiribMillət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçiribMillət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçiribMillət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçiribMillət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçiribMillət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçiribMillət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər