Mobil telefondan istifadə sinir hüceyrələrinin

Mobil telefondan istifadə sinir hüceyrələrinin funksiyasını pozur, psixoloji pozğunluqlara səbəb olur

Gün ərzində mobil telefonlardan normadan artıq istifadə insanın beynində çoxsaylı zərərli dəyişikliklər yaradır.

Faktinfo.az dünya mətbuatına istinadən xəbər verir ki,uzun müddətli aparılmış  elmi-tədqiqat işlərinin nəticələri bir daha subut edib ki,internet və mobil telefonlardan çox istifadə insanın nizamsız davranışlarına səbəb olur,uzun müddət depresiya vəziyyəti yaradır, yuxululuq gətirir. 

Mobil telefonların sağlamlığa təsir mexanizmi araşdırılarkən o da məlum olub ki, gün ərzində 20-25 dəqiqədən artıq danışıq, insanın sinir hüceyrələrinin normal funksiyasını pozur, bəzən psixoloji pozğunluqlara səbəb olur, ankoloji xəstəliklər yarada bilir.

Qeyd edək ki,Medicina.az-ın ötən həftə xəbərinə görə,yapon alimləri yeni elmi tədqiqatlatının nəticəsi olaraq dəhşətli faktlar açıqlayıblar.

Alimlər bildirir ki, hər gün rəqəmsal texnologiyalardan çox istifadə beynin qızmasına və yanmasına səbəb olur.

İnsanın beyni yorulur, o ətrafda və özündə nə baş verdiyini anlamır. Bu sindrom daha çox 35-65 yaş arası insanlarda geniş yayılıb.

Neyrocərrahlar da bu sindromu təsdiqləyir. Onlar deyir ki, beyində informasiyanı həll edib, toplayıb saxlayan prefrontal kötük nahiyəsi var. O, alın hissəyə yaxın yerləşir. Bu zona yaddaş, qərar vermək və qarşıya çıxan problemi çözmək üçün də ayrılıb.

Həddən artıq telefon, internet, kompüter istifadəsi bu hissəni yükləyir, lazımi informasiyaya yer qalmır, getdikcə yaddaş pozulur, insan sadə məsələləri belə həll edə bilmir. Nəticədə həmişə başı və xüsusən alın hissəsi ağrıyır. Bu insanlar işdə, təhsildə irəli gedə bilmir, çox sayda səhvlər buraxır.

Yapon alimləri məsləhət də veriblər. Telefon və kompüterdən istifadəyə konkret vaxt qoyun. Eyni zamanda ikisinə də baxmayın. Film izləyərkən və ya kompüterdə işləyərkən telefon əlinizdə olmasın.

Yemək yeyərkən telefona baxmayın, yemək zamanı başqa informasiya almaq olmaz.

Mütləq günlük yuxu normasına əməl edin. Kompüterdə çalışanlar sutkada 8-9 saat yuxusunu almalıdır. Beyin yuxuda yükləmələrdən azad olur.

Onu da qeyd edək ki, ÜST də telefon və kompüterdən çox istifadənin əhalinin ömrünün qısalmasına və xəstəliklərin artmasına səbəb olacağı barədə bildirib.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi