Muharrem İnceden Kamal Kılıçdaroğlunu sevindirəcək xəbər

Muharrem İnceden Kamal Kılıçdaroğlunu sevindirəcək xəbər -Lazımlı anda...

CHP-dən (Cümhuriyyət Xalq Partiyası) ayrılaraq öz partiyasını quran və bir müddət əvvəl Türkiyə prezidentliyinə namizədliyini açıqlayan Məmləkət Partiyasının lideri Muharrem İnce Millət İttifaqının prezidentliyə namizədi və CHP sədri Kamal Kılıçdaroğlunun lehinə namizədliyini geri götürə biləcəyini deyib.

O, bu barədə “Habertürk”ün jurnalisti Fatih Altaylıya danışıb.

"Mən və Kamal bəy ikinci tura getsək, həqiqətən də əyləncəli olacaq. Mən məşhur adamam.Mən onun gücünü qiymətləndirən adamam. Bu ölkəni hamıdan çox sevən adamam.Heç kim narahat olmasın, vaxtı gələndə lazım olanı edəcəm. Vəziyyəti qiymətləndirirəm. Özüm üçün yox, Türkiyə üçün. Vaxtı gələndə geri çəkilə bilərəm. Kamal bəyin lehinə geri çəkilərəm”, - deyə M. İnce bildirib.

Qeyd edək ki, İnce 2018-ci ildə CHP-dən prezidentliyə namizədliyini vermiş və R. T. Ərdoğana məğlub olmuşdu.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi