"Neftçi" Avropa Liqasına uğurla başladı

"Neftçi" Avropa Liqasına uğurla başladı 

Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Bakının “Neftçi” klubu mövsümə səfərdə başlayıb.

“Ağ-qaralar” Moldovada “Speranta” ilə üz-üzə gəlib. Vaxtilə bu ölkədə çalışan Roberto Bordinin rəqibi daha yaxşı tanıması paytaxt klubunun lehinə olub.

Matçın əvvəlindən təşəbbüsə yiyələnən Topaz Premyer Liqasının gümüş medalçısı yekunda qələbə qazanıb. Oyunda hesabı 16-cı dəqiqədə Emin Mahmudov açıb. "Neftçi"nin kapitanı penaltidən rəqibi cəzalandırıb.

Bu qoldan sonra daha inamlı təsir bağışlayan Azərbaycan klubu 36-cı dəqiqədə ev sahiblərini yenidən mərkəzə dəvət edib. Stiven Jozef-Monroz "Neftçi"də debüt oyununda qol hesabını açıb.

İkinci hissədə hər iki komandanın qol şansı olub. Lakin bundan dəqiqliklə Roberto Bordinin yetirmələri yararlanıblar. Rəhman Hacıyev hesabı 3:0-a çatdırıb və oyun da bu hesabla - darmadağınla yekunlaşıb.

Komandalar cavab oyununu iyulun 18-də keçirəcəklər. Bu matçda da "Neftçi"nin qalib gələcəyi gözləniləndir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi