Nizami Gəncəvi -

Nizami Gəncəvi - Azərbaycan türkü

12-ci əsr intibah ədəbiyyatının görkəmli simalarından biri, hətta birincisi olan Nizami Gəncəvi haqqında məlumatlıyıq. Xəmsə müəllifi kimi məşhurlaşan böyük mütəfəkkirin yaradıcılıgı tək bununla yekunlaşmır.

100-dən çox qəzəli, rübaisi, qəsidəsi də onun yaradıcılıgının ayrılmaz hissəsini təşkil edir. Qədim və erkən orta əsrlər dövründə həyatı və yaradıcılığı Nizami qədər müzakirələrə, mübahisələrə səbəb olan ikinci bir mütəfəkkir bəlkə elə onun özüdür. Bu məqalədə məqsəd heç də onun həyat və yaradıcılığı haqqında məlumat vermək deyil. Çünki yuxarıda qeyd etdiyimiz kimi, bu barədə çoxlarının məlumatı olmamış deyil. Əsas məqsəd  Nizaminin hansı millətə məxsus olması barədə oxucularımıza məlumat verməkdir. Öz yaşadığı dövrdən bəri, müasir zəmanəmiz də daxil olmaqla böyük filosof-şairin milliyəti regionda yaşayan bütün xalqlara maraqlı olmuşdur. 

Elmə məlum olan yaradıcılıgı fars dilində oldugu üçün,məhz fars araşdırmaçı və ədəbiyyatşünasları onu fars hesab ediblər. Fars dilində yazıb yaratmaq heç də onun fars kökənli biri olması üçün əsas vermir. Xüsusən sosial şəbəkələrdə müxtəlif etnik qruplara aid olan insanlar böyük filosof-şairi özününküləşdirməyə cəhd edir və bunun üçün müəyyən gözəgörünməz qədər kiçik olan faktlar gətirməyə çalışırlar. 

Təsadüfi deyil ki, məşhur 18-ci əsr hind yazarı Robindranat Taqor öz əsərlərini hind dilində deyil, məhz ingilis dilində yazıb yaratmışdır. Həmin dövrdə tək Taqor deyil, eləcə bir sıra dühalar öz əsərlərini aparıcı dil olan fransız dilində yazıb yaradırdılar. Bu həmin dövrdə sanki bir "dəb"ə çevrilmişdi. Nizaminin fars dilində yazıb yaratması da həmin dövrün tələbi idi. Sanki fars dili həmin dövr üçün elit təbəqənin istifadə etdiyi bir dil səviyyəsində idi. Amma Nizaminin əsərlərini mütaliyə edib incələyəndə həmin əsərlərdən bir "türk qoxusu" hiss olunur. "Xosrov və Şirin" poemasında Məhunbanunun Şirinə fars hökmdarı Keyxosrovu işarə edərək dediyi bu sözlər sanki Nizaminin öz dili ilə səslənir.

        

          "O aydırsa, biz afitabıq, 

           O Keyxosrovdursa, biz Əfrasiyabıq".


Tərcüməsi Azərbaycan türkcəsində belə səslənir: o aydırsa biz günəşik, O farsdırsa biz türkük. Bildiyimiz kimi, Əfrasiyablar məşhur türk tayfalarından birinin adıdır. Digər bir dəlil isə onun "İsgəndarnamə" poemasında yaratdıgı müsbət türk obrazı, müsbət türk əxlaqı ilə baglıdır. Əsərin bir yerində İsgəndər qədim türklərlə sülh sazişi baglayır. Lakin bir müddət sonra İsgəndərə məlumat verilir ki, türklər böyük dəstə ilə səfərbərliyə hazırlaşırlar. İsgəndər məsələnin nə yerdə oldugunu öyrənmək üçün öz əlaltısını türklərin yanına göndərir. Lakin türklər heç də müharibəyə hazırlaşmadıqlarını, sülhü isə qorxduqları üçün deyil,ürəkdən istədikləri üçün baglayıblar fikirini ortaya qoyurlar. Həmin əsərin qəhrəmanı Bərdə hakimi olan Nüşabəni dünyanın ən böyük Fatehi olan İsgəndərdən belə üstün tutur.  

Nizaminin türklərə rəğbətinin hüdudsuz   oldugunu göstərən digər amil "Sirlər xəzinəsi" poemasını yazmasının müqabilində Dərbənd hakimindən kəniz adı ilə aldıgı Afaq adlı türk xanımına qarşı olan münasibəti idi. Nizami həmin xanımla evlənir. Bu izdivacdan Məhəmməd adlı oglu dünyaya gəlir. Nizami demək olar əsərlərinin hər birində Afaqın adını çəkir. Afaqın savadsız bir türk qızı oldugunu nəzərə alsaq, Nizaminin həmin xanımla hansı dildə ünsiyyət qurduğu maraq dogurmaya bilməz. Təbii ki, Afaq fars dilini bilmirdi. Və Nizami ilə fars dilində ünsiyyət qura bilməzdi. Bu isə onu söyləməyə əsas verir ki, dahi filosof türk dilində səlis danışa bilirmiş. Nizaminin ruslara olan antipatiyasının arxasında müəyyən faktorlar dayanır. 10-cu əsrdə rusların dəfələrlə Azərbaycanın Bərdə və digər şəhərlərinə olan qarətedici yürüşləri də bu işdə az rol oynamamışdır. Digər tərəfdən Nizami yaradıcılıgında "türk" sözü həm cəsur, igid sözlərinin, həm də, gözəl, yaraşıqlı sözlərinin sinonimi kimi işlənmişdir.

 Türk bir rəhbərdir. Hətta sonuncu peygəmbər olan Məhəmməd peygəmbəri "ərəb bədənli türk" adlandırmışdır.  Bütün bu faktlar olan siyahını bir xeyli uzatmaq da olar. Sadəcə olaraq biz bunun bir neçəsini qeyd etməklə kifayətləndik. Digər bir məsələ isə, Nizaminin türk dilində özü də Azərbaycan türkcəsində əsərlərinin olması haqqında müəyyən "təsəvvür"yaradanlarla bağlıdır. İnanırıq ki, gələcəkdə bu istiqamətdə gedən araşdırmaların müsbət nəticələri ortaya çıxacaq və nəhayət ki, haqq ədalət gecikmiş də olsa öz yerini tapacaq.

Aşırov Sabutay İnqilab oğlu

Ağstafa rayonu Aşağı Kəsəmən kənd sakini

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi