Oktay Şirəliyev usanıb -

Oktay Şirəliyev usanıb - O, komandasızlıqdan əziyyət çəkir

Pandemiya,ikinci Qarabağ savaşı bir daha subut etdi ki, Azərbaycanın savadlı həkimlərə ehtiyacı var. Bu yeni yanaşmalar diqtə edir ki,səhiyyə sistemində islahatlar davam etdirilsin.

Bu tələblər, çağırışlar cəmiyyətin içindən gəlir. Artıq bunu sezməmək, görməmək mümkün deyil.Sosial şəbəkələrdə indinin özündə də koronavirusa qarşı peyvəndləmə işinə bir inamsızlıq var.Faktdır ki,nazir Oktay Şirəliyevin peyvənd olunmasından sonra sosial şəbəkələrdə aparılan dedi-qodular Azərbaycan səhiyyəsinə olan inamsızlığın bariz göstəricisi idi.Nələr yazılmadı,nələr danışılmadı.

 

Bu günün özündə də rayon xəstəxanalardan videolar yayımlanmaqdadı.Bunlar 5-10 il bundan qabaq səhiyyə sistemində düzgün təşkil olunmayan idarəetmənin nəticəsidir ki,vəziyyəti TƏBİB-in normallaşdırması müşkülə dönüb.Belə başa düşülür, TƏBİB təsadüfdən  yaradılmayıb.Yoxsa,gündəlik 4000-5000 min arası koronavirusa yoluxmanın yarada biləcəyi vəziyyəti təsəvvür etmək elə də çətin olmazdı. Hansı ölkədə Səhiyyə nazirliyi ola-ola onun işini təkirarlayacaq digər bir qurum mövcuddur,düşündürücüdür.Elə sosial şəbəkə istifadəçilərinin müzakirə etdikləri bu mövzuya hardasa haqq qazandırmaq yerindədir.


Ölkə vətəndaşları Azərbaycan səhiyyəsinin vəziyyətinə dair sorğuların aparılmasını, kadr hazırlığının ən yüksək səviyyədə həyata keçirilməsini sosial şəbəkələr üzərindən səsləndiriblər, indi də həmin mövqelərində qalırlar. Hətta, illərlə Azərbaycan Tibb Universitetində hökm sürən sistemsizliyin, qohumbazlığın, yerlibazlığın peşəkar həkimlərin hazırlanmasına mənfi təsirlərindən bəhs edilib, edilir. Sabiq rektor Əhliman Əmiraslanov ATU-dan kənarlaşdırıldıqdan sonra cəmiyyətin Gəray Gəraybəylidən gözləntiləri vardı. Amma bu gözləntilər də özünü doğrultmadı.


Görünür bu fikirlər o səbəbdən təkrar-təkrar qaldırılır, yazılır, danışılır ki, son illər Azərbaycan səhiyyəsinə müraciət edən vətəndaşlarımız xərclədikləri pulların qarşılığında sağlamlıqlarına istənilən səviyyədə təminat ala bilməyiblər. Düzdür, Azərbaycan respublikasının prezidenti İlham Əliyev və birinci vitse prezident Mehriban Əliyevanın təşəbbüsü ilə səhiyyə müəssisələrinin 60-70 faizi müasir avadanlıqlarla təchiz olunub, amma faktdır ki, tibbi avadanlıqları işlədəcək, xəstəyə düzgün diaqnoz qoyacaq həkimlərimiz çox azdır. Bu qisim savadlı  həkimlərdən ölkəni tərk edənləri, dünyasını dəyişənləri nəzərə aldıqda, yaxın illərdə səhiyyəmizin həkim korpusunun kimlərdən təşkil olunacağını şərh etməyə ehtiyac qalmır. Elə əhalinin əksəriyyət kəsimini də narahat edən odur ki, gələcək nəsillər üçün yetişdirilən həkimlərimizin özləri ölkəni tərk edir, təkrar oxuyub işləmək üçün xarici ölkələrə can atırlar.


Belə vəziyyətdə nazir Oqtay Şirəliyevdən səhiyyəni tənzimləyəcək qərarlar qəbul edib, icrasına nəzarət edəcək mövqe sərgiləyəcəyini ummaq da yersizdir. Nazirlikdə gedən "mövqe savaşından" da görünür ki, Oqtay Şirəliyev illərlə müavinlərinə etibar edib, idarəetmədə onlara güvəndiyi üçün artıq peşmançılıq hissi keçirir. O, etibar etdiyi şəxslər tərəfindən bəlkə də aldadıldığının fərqindədir. Bu gün çətin durumla üzləşən Oqtay Şirəliyevin davranışından, fikirlərindən sezilir ki, onun səmimiyyətindən kifayət qədər istifadə edilib,o da artıq belə münasibətə görə usanıb.Nazir müavini Nigar Əliyeva və digər müavinlər, nazirlikdəki aparıcı rəhbər şəxslərin demək olar əksəriyyəti Oqtay Şirəliyevin etimadını itirib.Artıq var-dövlətə, obyektlərə sahiblənənlər, 10 min manat dəyəri olan ətirlərdən istifadəyə aludə olanlar səhiyyə sistemində baş verən xaosun qarşısını almaq iqtidarında deyillər.Yəni, Oqtay Şirəliyev komandasızlıqdan əziyyət çəkir.


“Azərbaycanda həkim var ki?” – deyimini əsas götürüb, sağlamlıqları üçün Gürcüstan, İran, Türkiyə, Rusiya, Avropa və digər ölkələrə üz tutanların faizi isə yüksəlməkdədir. Hətta pandemiya dövründə də gedənlər var. Bir sözlə, ölkəmizdən il ərzində sağlamlıq məqsədilə milyonlarla manat müxtəlif ölkələrə aparılır, səhiyyə məqsədi ilə Azərbaycana gələn isə yoxdur. Yaxın illərdə Azərbaycan Tibb Universitetinin hazırladığı həkim ordusunun isə səhiyyə məqsədilə ölkədən çıxarılan kapitalı önləyəcək vəziyyətdə olmadığı  gün kimi aydın görünür.

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi