Azərbaycanda yaxın gələcəkdə ölüm hökmü müzakirə mövzusu ola

Azərbaycanda yaxın gələcəkdə ölüm hökmü müzakirə mövzusu ola bilər

Azərbaycanda qəsdən və amansızlıqla adam öldürmə hallarının müşahidə edilməsi ölüm hökmünün müzakirə mövzusu ola biləcəyi ehtimalını ilbəil artırır.


Faktinfo.az xəbər verir ki,Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında öldürülən 16 yaşlı Turan Rüstəmovun,noyabrın 29-da Buzovna qəsəbəsində bir ailədən 3 nəfərin qətlə yetirilməsi daha bir nəfərin yaralanması və dekabrın 2-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində bir ailənin 4 üzvünün qətlə yetirilməsi ilə müşayət edilən hadisələr təsdiq edir ki,hələ də bir sıra vətəndaşlarımız ali davranış qaydalarından çox uzaqdırlar,cahil və nadanlıqları ilə neçə -neçə ailələrin "çırağını" söndürməkdədirlər.Bu qəbildən olan insanlar üçün yalnız  qorxunun keçərli olduğunu mümkün hesab etsək,onlar ölüm hökmünün müzakirə mövzusu ola biləcəyindən  başqa Azərbaycan qanunvericiliyinə yol buraxmırlar.

Qeyd edək ki,Azərbaycanda ölüm cəzası 1998-ci ildə  Konstitusiyadan çıxarıldığından cinayət məcəlləsi ilə ölüm hökmünün tətbiqi mümkün deyil.

 

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi