"Ordu quruculuğunun təkmilləşdirilməsi postmünaqişə dövründə daha vacibdir"

"Ordu quruculuğunun təkmilləşdirilməsi postmünaqişə dövründə daha vacibdir" -Könül Nurullayeva

Ordu quruculuğu üçün əlavə addımların atılmasına hər zaman ehtiyac var. Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, yeni təhdidlər mövcuddur.

Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Prezidenti İlham Əliyev cari ilin 6 ayının yekunlarına dair müşavirədə də bəyab etdi ki, dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Məhz bu səbəbdən ilk növbədə biz özümüzü, öz müstəqilliyimizi, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər davam etdiriləcək. Postmünaqişə dövründə bu, olduqca vacibdir. Əsas hədəf Azərbaycan Silahlı Qüvvələrini ən qabaqcıl orduların səviyyəsinə çatıqmaqdır. Bununla da bu regionda özümüzü tam əmin hiss edə bilərik.

Faktinfo.az xəbər verir ki,bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva,Azərbaycanın 2020-ci ildə apardığı 44 günlük vətən müharibəsində əldə etdiyi tarixi qələbə ilə bağlı mətbuata verdiyi açıqlaması zamanı bildirib.

Deputat qeyd edib ki,son iki il yarımın təcrübəsi də göstərir ki, regionun ən güclü, dünyanın isə 50 ən güclü ordusundan biri olan Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində nüfuzu daha da artıb. 2020-ci ildə biz XXI əsrin müharibəsini apardıq və bu gün dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlar, Azərbaycanın böyük qələbəsi öyrənilir. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində bir dəfə də geriyə addım atmadı. Hər gün bizim hərbçilərimiz öz həyatını riskə ataraq irəli gedirdilər. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olduğu halda Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Əksinə, yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Məhz bu milli ruh və Silahlı Qüvvələrin gücü Azərbaycanın qələbəsini şərtləndirdi, ordumuzu yeni nəsil müharibənin qalibi etdi. Bu müharibə bizim üçün əvəzolunmaz təcrübə idi.Yeni nəsil müharibənin qalibi olan ordumuz üçün artıq yeni prioritetlər müəyyənləşib.

Tarixi qələbəyə imza atan ordumuz müharibədən sonra daha da təkmilləşdirilir. Komando Qüvvələrinin yaradılması isə Prezident İlham Əliyev tərəfindən qarşıya vəzifə kimi qoyulub. Azərbaycan Silahlı Qüvvələri üçün yeni hərbi birləşmə forması olan komando birlikləri region üçün istənilən mümkün təhlükənin qarşısını almağa hesablanıb. Bu cür hərbi hissələrin sayı getdikcə artır. Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi də davam edir. Yeni pilotsuz uçuş aparatları, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malik uzaqmənzilli raketlər ölkəmizə gətirilib.

Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələr qarşısında çıxışı zamanı da bəyan etdiyi kimi, 2020-ci il 44 günlük Vətən müharibəsində peşəkarlıq, fiziki-mənəvi hazırlıq, vətənpərvərlik, fədakarlıq sayəsində tarixi torpaqlarımızı işğaldan azad edən Azərbaycan Silahlı Qüvvələri bu gün sərhəddə və bütövlükdə bölgədə daha da möhkəmlənir. Bu, regionun gələcək təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan həm də regionun təhlüksəzilik qarantına çevrilib. Azərbaycan ordusu ərazi bütövlüyümüz başda olmaqla yeni mərhələdə bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunması missiyasını da şərəflə yerinə yetirir,-deyə deputat vurğulayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi