Özəlləşdirilən “Qaradağ Şüşə Zavodu” nun qanuni nümayəndəsi vəzifə öhdəliyini yerinə yetirə biləcəkmi?

Özəlləşdirilən “Qaradağ Şüşə Zavodu” nun qanuni nümayəndəsi vəzifə öhdəliyini yerinə yetirə biləcəkmi? 

"Qaradağ Şüşə Zavodu" "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) məxsus "ASK Şüşə" MMC-nin bazasında yaradılıb. Bu müəssisə isə vaxtilə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə girov qoyulmuş "İnterGlass" ASC-nin bazasında təşkil edilib.

Onun İdarə Heyətinin sədri olmuş İlal Əhmədov hazırda qalib şirkətin qanuni nümayəndəsidir.

Bu barədə Faktinfo.az-a məlumat verən mənbə bildirir ki, bağlanmış müqavilə sənədlərinə əsasən investor dövlət büdcəsinə 20 milyon manat ödəməsindən əlavə,qarşıdakı 2 il müddətində "Qaradağ Şüşə Zavodu"na 10,5 milyon manat dəyərində İnvestisiya Proqramından irəli gələn işləri də icra etməlidir.

Eləcə də,proqram çərçivəsində soba və şüşə istehsalı avadanlıqlarının alınması,sexlərin əsaslı təmiri və yenidənqurulması işləri, istehsal üçün tələb olunan digər avadanlıqların ölkəyə gətirilməsi,zavodda infrastruktur təminatının yaxşılaşdırılması kimi məsələlər özəlləşmə proqramında nəzərdə tutulub. Bu öhdəliklərin yerinə yetirilməsinə nəzarət  isə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçiriləcək.Özəlləşdirilən "Qaradağ Şüşə Zavodu"nun qanuni nümayəndəsinin vəzifə öhdəliyini necə yerinə yetirəcəyini isə zaman göstərəcək. 

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər