Pediatır Əli Quliyevdən 40 dərəcə temperaturlu körpəyə qarşı rəzalət- "Yalnız 50 manatı keçirdikdən sonra..."

Bakıda "Med Era" klinikasında Əli Quliyev adlı biri var, ondan gördüyüm insanlıq faciəsini, rəzaləti heç yerdə görmədim! İki gündür sudurğa altında olan uşağı bunun yanına qaçırtmışam. 10-15 dəqiqəlik qəbulu 50 azn-dir.

 Bu heç. Əvəllər də yanında olmuşduq, bir-iki dost da təriflədi deyə məcbur ona üz tutduq. (Görünür pul "öz işini görüb" bu zaman içində). Üstümdə yeganə vəsait ancaq kartda qalmışdı, neçə gündür digər həkimlərə baş vurma səbəbindən nəğd pulum  yox idi. İndi bu klinikanın ödəniş terminalında nə baş verdisə kartdan vəsait  çıxara bilmədilər (kartımda pul var idi ). 

Allahdan kassadakı  xanım möhürü vurub, üstünü yazdı ki "əsas həkim uşağa baxsın,həkimdən çıxanda bir tin kənarda bankomatdan vəsaiti çıxararsız, problem deyil". Qalxdım Əli Quliyevin yanına, otağının qarşısında qəbzi verib növbəmi gözlədim. Qızdırmalı övladımla 40 dəqiqə gözlədikdən sonra, Əli Quliyev içəridən çıxıb kağıza baxdı. Birdən  ultimatum verdi ki, "yalnız pulu keçirdikdən sonra uşağa baxa bilər". 

Buraxmayın, qaytarın getsin bankomat tapıb ödəsin", qəbul etmədi ki, belə nisyə məsələlərə vaxtı yoxdu, mane olmayım (!) və sair. 

Bilirsiniz, mən heç nə demirəm. Onsuzda hər bir ata mənim hansı hiss keçirdiyimi, bu hissin nə demək olduğunu anlayar. Heç pullu xidmətdən  də şikayətçi deyiləm. Zatən, kassadan məni arxayın edib yuxarı göndərməsələr,  bir yer tapıb çıxaracaqdım kartdan pulumu. 

Məni,hər 15-20 dəqiqəsi 50 manat olan bir tibb işçisinin, bir təcili ona ehtiyacı olan uşaq üçün hələ də həkim ola bilməməsi dəhşətə gətirdi. O, sadəcə 15-20 dəqiqə səbr etməliydi, amma tamah imkan vermədi. 

Biraz düşük səslənsə də (bunu yaşamayan bilməz) artıq usandım  bu söhbətlərdən.Artıq heç cəhd etmək istəmirəm uşağın sağalmasına. Çünki,oğlum böyüyüb, əsgər olub tibbdəki bu "bazarkomu" qoruyacaq? Axı, o 50 manat üçün  15 dəqiqə gözləyə bilmədi, körpəni  qorumadı.

dia.az/8/172185-medera-klinikasinin-hekiminden-biabirchiliq.html

Mübariz Aslanov, APA-nın müxbiri


 Faktinfo.az saytının xüsusi qeydi:

 Sayt olaraq bildiririk ki, Əli Quliyevin işlədiyi   klinika ödənişli əsaslarla fəaliyyət göstərsə belə, o, ekstrimal şəraitdə,növbədən kənar sudurğalı körpəyə yardım göstərməli idi.

Birincisi,bu onunla izah olunur ki,o hipokrat andı içib,digər tərəfdən ona ümüd yeri kimi üz tutulmuşdu,bu da vicdan borcu idi.

İkincisi,40 dərəcə tempratur içində olan körpə istənilən anda epleptik statusa da düşə bilərdi ki, pediatır həkim olan Əli Quliyevin savadı çatırdısa bunu bilməliydi. Demək,o bu addımı atmaqla  tibbi savadını da şübhə altına aldı. Və ya tibbi savadı kasaddır.

Üçüncü, baş verən hadisə bir daha təsdiqləyir ki,pulun hakim kəsildiyi anlarda bəzi həkimlər belə özünü unudur,şəxsiyyət hissinə xələl gətirir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi