Pərviz Müşərrəf barəsində çıxarılan ölüm hökmü ləğv edildi

Pərviz Müşərrəf barəsində çıxarılan ölüm hökmü ləğv edildi 

Pakistan Ali Məhkəməsi Xüsusi Məhkəmənin ölkənin keçmiş prezidenti Pərviz Müşərrəf haqqında çıxardığı ölüm hökmünü Konstitusiyaya zidd hesab edib.

Bu barədə “Daun” qəzeti məlumat yayıb.

Müşərrəfin çıxarılan hökmə qarşı qaldırdığı vəsatətlərə baxan məhkəmə heyəti Pakistanın keçmiş prezidentinin dövlətə xəyanət maddəsilə mühakimə edilməsinin qanunlara uyğun olmadığına qərar verib.

Qeyd edk ki, ötən il dekabrın 17-də Pakistan Xüsusi Məhkəməsi Pərviz Müşərrəfi dövlətə xəyanətdə təqsirli bilərək, edam cəzasına məhkum etmişdi.

P.Müşərrəf isə dekabrın 27-də Lahor Ali Məhkəməsinə bu hökmdən apellyasiya şikayəti vermişdi./axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi