Pişiklər təhlükəli virus daşıyıcılarıdır

Pişiklər təhlükəli virus daşıyıcılarıdır 

Koronavirus pandemiyasının başlamasından çox əvvəl ABŞ-da ev pişiklərindən alınan qan nümunələrində SARS-CoV-2 reseptor bağlayan domenə (RBD) qarşı anticisimlər müəyyən olunub.

Bu barədə Tennessi Universitetinin mütəxəssisləri elan edib.

Alimlərin fikrincə, bunu yalnız heyvanların başqa bir virusla təmasda olması ilə izah etmək olar, hansı ki, onun sünbül zülalı COVID-19 törədicinin oxşar zülalına o qədər bənzəyir ki, orqanizmin kross-reaktiv anti cisimlər istehsal etməsinə səbəb olub.

Alimlər onu da vurğulayıblar ki, insanlar üçün potensial təhlükəli virus hazırda ABŞ-da pişik populyasiyasında dövr edir.(oxu.az)


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi