Prezident Əflatun Amaşova medal verdi –

Prezident Əflatun Amaşova medal verdi – Açıqlama + FOTO

Prezident İlham Əliyev Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşovu da təltif edib.

Prezidentin sərəncamına əsasən, Ə.Amaşov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.

Məsələ ilə bağlı açıqlama verən Əflatun Amaşov İlham Əliyevə təşəkkür edib.

O, bu medalın əhəmiyyətini ifadə etməyin çətin olduğunu deyib: “Amma onunla təltif olunmaq qürurvericidir. Belə bir qürurlu anı yaşamaq, düşünürəm ki, həm də böyük xoşbəxtlikdir. Bəli, biz xoşbəxtik ki, dövlətimiz var. Cənab İlham Əliyevin Sərəncamı xoşbəxtliyi xalqımız üçün dəyərə çevirən tarixi sənəddir.

Üzərindən illər, əsrlər keçəcək, tarixdə bu sənəd qalacaq. Bir daha ölkə başçısına mənə tarixi yaşantının bir parçasında yer verdiyi üçün dərin təşəkkürümü bildirirəm”.

Prezident Əflatun Amaşova medal verdi –
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi