Prezidentin səs yazısı: Prokurorlar zibildir

Prezidentin səs yazısı: Prokurorlar zibildir 

Özbəkistan prezidenti Şövkət Mirziyayev avqustun 2-də keçirdiyi videoselektor müşavirəsində prokurorları sərt tənqid edib, onları “ən yekə oğrular” adlandırıb.

Virtualaz.org xəbər verir ki, prezidentin qapalı müşavirədə dediklərinin audioyazısını “Azadlıq” radiosunun tacik xidməti əldə edib.

Mirziyayev bildirib ki, indiki prokurorlar “köhnə zibil sistemdən” qalıb və əgər onlar vicdansızlığı bundan sonra da davam etdirsələr hamısını işdən qovacaq.

“Əgər sən öz dünyagörüşünü dəyişməsən sabah sənə gec olacaq. Bunu bil. Mən sənə on gün müddət verirəm, istənilən halda sənin özünü necə aparmağın mənim xoşuma gəlmir. Sən tək qalmısan, mən artıq hamısını işdən azad etmişəm. Mənim, əlbətdə, bağışlayın məni, prokurorlardan çox zəhləm gedir. Bu haqda açıq deyirəm. Əgər soruşsanız niyə, cavab verirəm. Mən rayon hokimi (icra başçısı), vilayət hokimi olmuşam və özüm görmüşəm ki, onlar özlərini necə vicdansızcasına aparırlar. Mən bunu çox yaxşı bilirəm ki, “prokurorçiklər” olan kimi onların yerişi də dəyişir, adamları saymırlar. Mən bütün bunları çox yaxşı bilirəm”-Mirziyayev bildirib.

Videoselektor müşavirəsi zamanı Özbəkistan prezidenti İslam Kərimov dövrünün prokurorlarını “zibil” adlandırıb və vəd edib ki, prokurorluq orqanlarının bütün işçilərini dəyişəcək.

“Biz yeni Baş prokuror təyin etmişik, prokurorluq orqanlarını əvvəlki zibillərdən təmizləyirik, 80 faizi dəyişib. Lakin buna baxmayaraq prokurorluq orqanlarında əvvəlki oğru sistemdən qalma 15-20 faiz adam işləyir. O cümlədən Feyziyev (Daşkənd vilayət prokuroru Cəmşid Feyziyev) həmin sistemin adamıdır. Biz prokurorluğu əvvəldən axıra qədər belə adamlardan təmizləyəcəyik. Ya prokuror təmiz işləyəcək, ya biz ümumiyyətlə prokurorluğu ləğv edəcəyik. Prokurorlar xalqın bəlasına çevriliblər. Əgər təmiz işləməsələr hamısı gedəcək”-Mirziyayev bildirib.

Prezident prokurorları “yıxıb-sürüməkdə” davam edərək bildirib ki, onların çoxu heç öz adlarını düzgün yaza bilmir. “Prokuror ancaq o vaxt yaxşı yaşayacaq ki, bizim xalqımız yaxşı yaşayacaq. Ancaq siz onların evlərinə baxın, mindikləri avtomobillərə baxın. Nədir, onlar atom reaktoru icad ediblər? Bir-iki axmaq heç öz familiyasını da düz yaza bilmir. Onlar “blata” görə prokuror olublar. Mən onları xoşlamıram, çünki işləmirlər. İndi biz elə adamlarla işləyirik ki, özləri təmiz olmağa çalışırlar”-Özbəkistan prezidenti deyib.

Mirziyayev əlavə edib ki, hazırda prokurorluq orqanlarında “təmizləmələr” aparılır. İctimayyət bu cür adamlardan təmizlənir. “Şükür allaha, bütün bunlar haqda mənə hər şey məlumdur. Mən hələ kəndi atıb gözləyirəm və müşahidə edirəm, lakin bir məqamda bu problemə son qoyacağam. Heç vaxt və heç kim. Birinci yerdə daim, bir daha təkrar edirəm, xalq dayanmalıdır. Bizdə bir prokuror var idi, Muhiddinov. Lakin o bir neçə il türmədə oturdu. Bizim üçün xalqdan başqa heç kim avtoritet ola bilməz”-Özbəkistan rəhbəri bildirib.

Xatırladaq ki, indiyədək Özbəkistanda İslam Kərimovun hakimiyyəti dövrü açıq tənqid olunmurdu. Lakin bu günlərdə dövlət televiziyası ilk dəfə Kərimov hakimiyyətini tənqid edib, onun dövründə Özbəkistanın qonşularla problemlərinin yarandığı bildirilib. Habelə Özbəkistan Baş prokurorluğu 2013-cü ildən həbsdə saxlanılan Gülnarə Kərimovanın işi ilə bağlı ilk dəfə rəsmi məlumatla çıxış edib, keçmiş prezidentin qızının ölkədən milyardlarla dollar oğurladığı açıqlanıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər