
“ProQuest Central” akademik informasiya bazası və “Web of Science” elmmetrik bazası ilə bağlı təlimlər keçiriləcək
Məlum olduğu kimi, Elm və Təhsil Nazirliyi (ETN) ilə Clarivate şirkəti arasında imzalanmış milli müqavilə çərçivəsində mütəmadi olaraq təlim və vebinarlar təşkil olunur.
Faktinfo.az xəbər verir ki,bu təşəbbüsün davamı olaraq növbəti təlim 5 oktyabr 2026-cı il tarixində, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, ETN İnformasiya Texnologiyaları İnstitutu və Clarivate şirkətinin yerli nümayəndəliyinin birgə təşkilatçılığı ilə İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək.
Təlimdə iştirakçılara milli müqavilə çərçivəsində Azərbaycan elmi ictimaiyyətinin istifadəsinə təqdim olunan Clarivate resursları – “ProQuest Central” akademik informasiya bazası və “Web of Science” elmmetrik bazası haqqında ətraflı məlumat veriləcək, həmçinin bu resurslardan elmi tədqiqat prosesində səmərəli istifadə imkanları nümayiş etdiriləcək.












Bu xəbər üçün şərh yazın