Putin TŞ-ni yenə topladı-

Putin TŞ-ni yenə topladı- Gündəlikdə Qarabağ mövzusu da var

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirib.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, görüşdə əsas müzakirə mövzusunun Rusiya və ABŞ arasında strateji hücum silahlarının ixtisarı haqqında müqavilənin uzadılması ilə bağlı aparılan dialoq və Qarabağ məsələsinin olduğunu bildirib.

Qeyd edək ki, iclasda Rusiya baş naziri, xarici işlər naziri, Federasiya Şurasının sədri, Təhlükəsizlik Şurasının sədrinin müavini, Təhlükəsizlik Şurasının katibi, Prezident Administrasiyasının rəhbəri, DİN rəhbəri, FTX rəhbəri və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri iştirak edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi