Qəbul və buraxılış imtahanlarında balların hesablanma qaydası açıqlanıb

Qəbul və buraxılış imtahanlarında balların hesablanma qaydası açıqlanıb –CƏDVƏL

I,II,III və IV ixtisas qrupları üzrə qəbul və buraxılış imtahanlarında balların hesablanma qaydası açıqlanıb.

Balların hesablanma qaydası ötən ilki kimi saxlanılıb və heç bir dəyişiklik edilməsi nəzərdə tutulmayıb.

Abituriyentlərə hər fənn üzrə 30 tapşırıq (ümumilikdə 90 tapşırıq) təqdim olunacaq. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. Situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan açıq tipli tapşırıqlar 0, 1 və ya 2 balla, digər açıq və qapalı tipli tapşırıqlar isə 0 və ya 1 balla qiymətləndirilirlər.

Balların hesablanması qaydası ilə bu linkdən tanış olmaq olar. /Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər