Qəzənfər Abbasovdan Ağadadaş Ağayevə mesaj:

Qəzənfər Abbasovdan Ağadadaş Ağayevə mesaj: “Danışma, get pulunu qazan!”

“Muğamı bilməyən adam muğamdan danışanda ifaçılar ças-baş qalır”.

Bunu AzNews.az-a açıqlamasında əməkdar müəllim Qəzənfər Abbasov xalq artisti Ağadadaş Ağayevin “Qarabağda muğam məktəbi yoxdur” fikrini şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycanda hələ ibtidai dövrdən Şuşa, Qarabağ, Şamaxı, Bakı, Təbriz, Ərdəbil məktəbi olub: “Bu məktəblər ayrı-ayrılıqda fəaliyyət göstərib. Onların üslübları olub. Amma bu gün bütün məktəblər birləşib. Şimalda Azərbaycan, Cənubda isə Təbriz məktəbi adı altında fəaliyyət göstərir. Əgər ömründə bir dəfə muğam, dəsgah oxuya bilməyən bir insan muğam haqında söhbət edirsə, onda daha biz nə üçünük? Ağadadaşa böyük hörmətim var. Amma o, ömründə bir muğam dəsgahının yanından belə geçməyib. Bilmir “Çahargah”, “Rast” nədir. Bu dəsgahların birində belə ifası yoxdur. Belə adamların muğamla bağlı fikir deməsi məsuliyyətdir”.

Qəzənfər Abbasov Ağadadaş Ağayevə muğam barəsində danışmamağı məsləhət görüb: “Kimin xətrinə dəyirsə dəysin, muğam ifacısı deyilsənsə, yaxşı olar ki, bu barədə heç danışmasın, getsin pulunu qazansın. Allah xeyir versin, başlarından töksün”.

Qeyd edək ki, xalq artisti Ağadadaş Ağayev mətbuata müsahibəsində "Qarabağda muğam məktəbi yoxdur və bu fikrin özü yanlışdır" – deyə bildirib. Onun bu fikiri Qarabağ xanəndələrinin qəzəbinə səbəb olub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi