Ramiz Məlik Məleykə Əsədovaya qarşılıqlı iddia qaldırdı

Ramiz Məlik Məleykə Əsədovaya qarşılıqlı iddia qaldırdı 

Xalq artisti Ramiz Məlikin Məleykə Əsədovaya qarşı qaldırdığı qarşılıqlı iddianın dəyəri 300 min manatdır.

Bu barədə Sputnik-ə Ramiz Məlikin vəkili Türkel Süleymanlı məlumat verib.

Onun sözlərinə görə, Ramiz Məlik öz reputasiyası, şərəf və ləyaqətini Məleykə Əsədovanınkından yüksək qiymətləndirib: "Əgər Ramiz Məlik Məleykə Əsədovanın uyğunsuz geyiminə irad bildiribsə, o, mənim müvəkkilimi nəinki təhqir edib, həm də onu nəvələri ilə hədələyib".

"Əsədova müvəkkilimi uşaqları oğurlamaq və onlara qarşı qanunsuz hərəkətlər etməklə təhdid edib. O, öz niyyətlərini Ramiz Məlikin həyat yoldaşı ilə telefonda danışarkən bəyan edib. Bizdə onun təhdidlərini sübut etmək üçün söhbətin audioyazısı var", - deyə vəkil bildirib.

Bununla yanaşı, vəkilin sözlərinə görə, Məleykə Əsədova KİV-ə müsahibəsində Ramiz Məlikin şərəf və ləyaqətini alçaldıb: "Başqası haqqında şərəf və ləyaqətinin alçaldılmasına görə məhkəmədə iddia qaldıran adam öz ifadələrinə fikir verməlidir. O, hər yerdə deyir ki, Ramiz Məlik gəlib onun qarşısında diz çöküb üzr istəməlidir. Bu, nə deməkdir, təhqir deyil?"

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi