Rektor Bəşir Bağırzadənin əli ilə 10-15 min manat pul alaraq...

Rektor Bəşir Bağırzadənin əli ilə 10-15 min manat pul alaraq... -İDDİA

"Zəfər Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru vəzifəsinin müvəqqəti icrasından rektorluq təsdiqinə qədər aqrar təhsili yaxın qohumları ilə birlikdə məhv etməkdə davam edir".

 Faktinfo.az xəbər verir ki,bu barədə DİA.AZ-a göndərilən məaqlədə deyilir.

Məqalənin əvvəli burada: 
Yerini möhkəmlədən Zəfər Qurbanov MAAŞLARI DA KƏSİB? - NARAZILIQ VAR...

Məqalənin davamında deyilir: "Zəfər Qurbanovun yarıtmaz idarəçiliyi sayəsində Günay Rəfiyeva kadrlar şöbəsinə müdir təyin olunar-olunmaz qocaman təhsil ocağının kadr potensialını məhv yolunu tutdu ki, bu da özünü ilk növbədə Dillər kafedrasında göstərdi. Belə ki, Zəfər Qurbanovun bu kafedrada işləyən professor və müəllim heyətini dəyişmək, doğmaca xalası qızını kafedraya müdir qoymaq niyyəti aşkar şəkildə hiss olundu.Xalaqızı isə nə baş müəllimə kimi yüksəlib, nə elmi işi, elmi adı yoxdur, amma nə olsun ki...

Zəfər Qurbanov nəyə görə cinayətkar bir qrupla işləmiş Günay Rəfiyevanı kadr şöbəsinə müdir təyin edib? Günay Rəfiyevanı Aqrar Universitetin kollektivinin üzərinə göndərir. Zəfər Qurbanovun bu addımı onu göstərir ki, hələ rektor vəzifəsini müvəqqəti icra etdiyi dönəmdə iki gənc kadrı universitetdən kənarlaşdırdı, halbuki onlar daha layiqli idilər... Bu onun göstəricisidir ki, Zəfər Qurbanov Aqrar Universiteti yanlız əli və adı rüşvət və cinayətdə hallanan öz yaxın qohumları və ətrafı ilə idarə etmək istəyir.

Hər bir müəllimə 550 saat dərs yükü əvəzinə, 650 saat dərs yükü ayırması müəllimlərin Aqrar Universitetdən çıxaraq başaqa universitetlərə üz tutması üçündür. "Qaçan"müəllimlərin yerinə  isə "müsahibə" deyib, Bəşir Bağırzadənin əli ilə 10-15 min manat pul alaraq,yeni müəllimləri qəbul etməkdir..."

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi