RƏQİBLƏRİ MADƏR MUSAYEVİ TƏBRİK ETDİLƏR-

RƏQİBLƏRİ MADƏR MUSAYEVİ TƏBRİK ETDİLƏR- "Onun 15 min seçicisi olan bir kənddə anadan olması..."

10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə deputatlığa namizədlər – tanınmış jurnalist İltifat Hacıxanoğlu və Müşfiq Əliyev birgə bəyanat yayıblar.

Faktinfo.az XəzərNews.az-a istinadən bəyanatı təqdim edir: 


“9 fevral 2020-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərdə siyasi mənsubiyyətindən və mövqeyindən asılı olmayaraq, hər bir namizədə bərabər şərait yaradılıb, onların qeydiyyata alınması prosesindən başlayaraq təbliğat-təşviqat dövründə, xüsusilə də səsəvermə günü heç bir problem və maneəyə rast gəlinməyib. 


Seçki prosesini izləmək üçün dairənin 35 seçki məntəqəsi üzrə qeydiyyatdan keçmiş müşahidəçilərə hər cür şərait yaradılmışdı. Dövlət bütün namizədlərə siyasi marafonda sərbəst mübarizə aparmaları üçün öz dəstəyini əsirgəmədi. Biz də deputatlığa namizəd kimi yaradılan bu şəraitdən razılığımızı ifadə edir, seçkilərin demoktarik, ədalətli və şəffaf keçirildiyini bəyan edirik. Seçki siyasi rəqabətdir, burada uduzmaq da qalibiyyət kimi təbii qarşılanmalıdır. 


10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə lider namizədin 15 min seçicisi olan bir kənddə anadan olması, hazırda da orada yaşaması, əvvəlki deputatlıq fəaliyyəti dövründə Biləcəri və Binəqədi qəsəbələrinə olan diqqəti seçicilərin təkrar etimadını qazanması ilə nəticələnmişdi. Bizim üçün isə daha əhəmiyyətlisi, seçkilərdə gücümüzü sınamaq, sağlam rəqabətin nəticəsi olaraq uduzduğumuza baxmayaraq, xalqın istək və arzularına hörmətlə yanaşmaqdır. 


Biz deputatlığa qeydə alınmış namizədlər olaraq 10 saylı Binəqədi üçüncü Seçki Dairəsinin seçicilərinin iradəsini əks etdirən seçkilərin nəticəsini alqışlayır, lider namizəd Madər Musayevi təbrik edirik. Bu təbriki bir siyasi mədəniyyət nümunəsi hesab edir, digər həmkarlarımızı da bizi dəstəkləməyə dəvət edirik. Bir daha vurğulayırıq ki, səsvermə günü bizim və müşahidəçilərimizin, həmçinin səlahiyyətli nümayəndələrimizin və vəkillərimizin müşahidələri belə deməyə əsas verir ki, 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə növbədənkənar parlament seçkiləri ölkə qanunvericiliyi, AR Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilib”. 


Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə deputatlığa namizədi Anar Əliyev də seçkilərin şəffaf və sağlam rəqabət şəraitində keçirildiyini bəyan edib. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi