Respublika Klinik Xəstəxanasından dövlət orqanlarına şikayət ünvanlanır

Respublika Klinik Xəstəxanasından dövlət orqanlarına şikayət ünvanlanır -SƏBƏB

Bir müddət əvvəl "“Respublikanski”nin direktoruna yanlış məlumat verilir" başlıqlı xəbər yazısında, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımova verilən bəzi məlumatların korperativ maraqlardan qaynaqlandığını qeyd etmişdik.Xəbər özünü doğrultdu və son günlər saytların bu mənada yaydığı xəbərlərlə təkrar mövzuya qayıdıldı.


Faktinfo.az xəbər verir ki,Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan bu səhiyyə müəissəsində islahatların,nizamlama prosesinin aparıldığı həqiqətdir.Amma bununla belə,Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımova bəzi həkimlərlə,tibb bacıları və xidmətçilərlə bağlı yanlış məlumatın verilməsi də faktdır.Belə cəhdlərin şəxsi maraqlardan qaynaqlandığının istisna olunmadığı məlumatda o da qeyd edilir ki,bir neçə həkim və tibb bacısı işdən haqsız yerə, şərlənərək uzaqlaşdırılıb.


Qeyd :"Düzdür,xəstəxanada kadr potensialının gücləndirilməsi, xidmət keyfiyyətinin və vətəndaş məmnunluğunun artırılması istiqamətində islahatlar həyata keçirilir,amma direktora yaxınlığı ilə seçilən Könül xanımın həkimlərlə bağlı qiymətləndirməsi bəzən obyektivliyi özündə ehtiva etmir,eləcə də xəstəxananın baş tibb bacısı olan Fazilə Məmmədovanın yanaşmasında müəyyən yanlışlıq,dava-dalaşa,xidmətçilərlə münaqişələrə qədər gətirib çıxarır."


O da bildirilir ki,xaricdə təhsil alan həkimlərə verilən yüksək məvacib iki tirəliyə:- aşağı maaş alan digər həkimlərin işinə ürəkdən yanaşmamalarına,stasionar şəraitdə müalicə alan müyyən xəstələr üçün fəsadlara səbəb ola da bilir.İslahatlar fonunda,eləcə də,müqavilələrinin başa çatması səbəbi ilə bir sıra tibb işçilərinin əmək fəaliyyətinə xitam verilməsi narazılıqlarla müşayət olunur,aidiyyatı dövlət orqanlarına şikayətlərin ünvanlanmasına şərait yaradır.

Faktinfo.az 









Birinci məlumatlanmaq üçün facebook səhifəmizi