Rus ekspert Ərdoğanın Putini “xeyirxah dost kimi qəbul etdi”yindən yazır:

Rus ekspert Ərdoğanın Putini “xeyirxah dost kimi qəbul etdi”yindən yazır: “Putin onu Bəşər Əsədlə barışmağa inandıra bilsə...” – Təhlil

Stanislav Tarasovregnum.ru, 03.04.2018

Ankarada Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında danışıqlar başa çatıb. İki dövlətin liderləri şəxsi görüşdən başqa ticari-iqtisadi əməkdaşlığın inkişaf məsələləri və strateji səviyyəli ümumi layihələrin gerçəkləşdirilməsi sahəsində gələcək birgə perspektivlərin müzakirə olunduğu Rusiya-Türkiyə Ali Səviyəli Əməkdaşlıq Şurasının (ASƏS) toplantısına qatılıblar.

Putin və Ərdoğan Türkiyənin ilk “Akkuyu” AES-nin özülünün qoyulmasına rəmzi start veriblər. Bu barədə ucadan, Türkiyə yatırımçlarıyla bağlı layihədə problem olduğu haqda daha az danışırlar. İki ölkə arasında bağlanmış sazişə əsasən, səhmlərin 20 milyard dollarlıq 49%-i Türkiyə tərəfinə verilməlidir, amma ötürülmə 2019-cu ilə keçirilir. Bununla belə, AES-in ilk enerji bloku 2023-də cümhuriyyət elan edilməsinin yüzilliyində işə salınmalıdır. Yeri gəlmişkən, Putinin “Akkuyu” layihəsinə strateji yatırım statusu verilməsinə görə Ankaraya təşəkkürü təsadüfi deyil və o qeyd edib ki, bu onun yatırımçılar üçün cəlbediciliyini artıracaq. Moskva Türkiyədə AES üçün sifarişlər yerləşdirmək və inşasına yerli biznesi cəlb etmək niyyətindədir. Türkiyənin artıq 350-dən çox şirkəti potensial tədarükçülər siyahısına daxil olmaq üçün ərizə verib.

Bütünlükdə, bütün əlamətlərə əsasən, Rusiya prezidentinin Türkiyəyə indiki, yeri gəlmişkən, dövlət başçısı postuna seçiləndən sonra ilk səfəri iki ölkə tərəfindən yaxşı işlənib və hazırlanıb ki, bu da Putin və Ərdoğan arasında yetərincə sıx və nədəsə etibarlı münasibətlər nəzərə alınmaqla təbiidir.

Türkiyə “Türk axını” qaz kəmərinin inşasını gerçəkləşdirərək ABŞ-ın cidi basqısına baxmayaraq Rusiyadan S-400 zenit raket kompleksi almaq, güvənlik sahəsində əməkdaşlığı möhkəmləndirmək niyyətindədir. Təsadüfi deyil ki, Rusiya liderinin təyyarəsində eyni zamanda türkiyəli həmkarı, general Hulusi Akarla görüş keçirən Baş Qərargah rəisi Valeri Gerasimov Ankaraya uçub.

Görünür, hər şey buna doğru gedir ki, iki ölkə öz aralarında münasibətlərdə qüvvədə olan bütün ticarət və başqa məhdudiyyətləri aradan qaldıracaq. 2019-cu il Rusiya və Türkiyə mədəniyyətləri ili elan olunub. Rusiya turistlərinin 2017-də Türkiyə kurortlarına axını dörd milyon nəfər təşkil edib, 2018-ə isə altı milyon proqnozlaşdırılır. Ankaranın Moskvanın siyasi etibarının qədrini bildiyini bu da xəbər verir ki, “həmrəylik” göstərib – rəmzi də olsa – Rusiya diplomatlarını sürgün etməyi tələb edən Londonun basqısına uymayıb. Bu cür jesti Rusiyada uyğun dəyərləndiriblər.

Eyni zamanda Rusiya prezidentinin Türkiyəyə indiki səfərinin bir önəmli özəlliyi var. Bu, Ankarada Rusiya, Türkiyə və İran liderlərinin qarşıdakı sammitiylə uyğunlaşdırılıb. Buna görə də Türkiyə-Rusiya ikitərəfli münasibətlərinin bu yönü nəzərə alınsa, Suriyadakı durumu Astana anlaşmaları əsasında tənzimləmək cəhdləri Ankara-Moskva-Tehran üçbucağı çərçivəsində münasibətlər sistemiylə çulğaşır. Biz bununla bağlı önəmli bir problemi bir daha işarələmək istəyirik: Putin Ərdoğanı Suriya prezidenti Bəşər Əsədlə barışmağa inandıra bilsə, onda Türkiyə, Rusiya və İran Yaxın Şərqdə və Cənubi Qafqazda hadisələrin gedişini əsaslı şəkildə dəyişə bilər. Xüsusən də ABŞ prezidenti Donald Tramp amerikalıların Suriydan gedişi haqda bəyanat verdiyinə görə – bu isə Türkiyədə müəyyən çevrələrdə ABŞ-ın “Ankaranı itirməmək” istəyi kimi qəbul edilib.

(Tərcümə Strateq.az-ındır.) 

Faktinfo.az



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi