Rusiya müharibə etmək fikrində deyil - Putin həm qorxudur, həm də qorxur

Rusiya müharibə etmək fikrində deyil - Putin həm qorxudur, həm də qorxur 

“Rusiya heç kimlə müharibə etməyə hazırlaşmır”.

APA.az-ın  Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin TASS agentliyinə müsahibəsində deyib.

“Biz heç kimlə müharibə etməyə hazırlaşmırıq. Lakin müdafiə sahəsində elə bir vəziyyət yaradırıq ki, bizimlə müharibə etmək heç kəsin ağlına gəlməsin”, deyə Rusiya Prezidenti vurğulayıb.

V. Putin Rusiyanın müdafiə xərclərinə görə dünyada 7-ci yerdə qərarlaşdığını qeyd edib: “Bu gün Rusiya müdafiə xərclərinə görə, ABŞ, Çin, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Fransa və Yaponiyadan geridədir. Üstəlik, bizim xərclər ilbəil azalır. Digər ölkələrin müdafiə xərcləri isə artır”.

Rusiya Prezidenti onu da qeyd edib ki, müdafiə sahəsində unikal vəziyyət yaranıb: “Biz ilk dəfə olaraq elə hücum sistemləri yaratmışıq ki, heç kimdə bu silahdan yoxdur. Əvvəllər silahı digərləri yaradırdı, sonra biz o silahdan yaradıb onlara çatırdıq. İndi isə onlar bizə çatmaq istəyirlər. Bu, unikal hadisədir, heç vaxt belə olmayıb”.

O söhbətin hipersəsli zərbə komplekslərindən, o cümlədən qitələrarası raketlərdən getdiyini bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər