“Rusiya və Çin koronavirus barədə yalan danışır” - ABŞ dövlət katibi

“Rusiya və Çin koronavirus barədə yalan danışır” - ABŞ dövlət katibi 

Rusiya və Çin, həm də İran koronavirusun mənşəyi məsələsində və Amerika Birləşmiş Ştatlarının (ABŞ) epidemiyanın öhdəsindən gəlmək istiqamətindəki cəhdləri barədə insanları «azdırmağa» cəhd edirlər.

Bu barədə ABŞ dövlət katbi Mayk Pompeo telefonla keçirilən dəyirmi masanın gedişi zamanı bəyan edib. Tədbirin stenoqramı Dövlət Departamentinin saytında dərc olunub.

Onun sözlərinə görə, adı çəkilən ölkələr «dezinformasiya kampaniya»sı aparırlar və iddia edilər ki, COVİD-19 Amerika hərbçiləri tərəfindən yaradılıb və bütün dünyaya yayılıb.

Belə davranışla Rusiya, İran, Çin və bəzi digər ölkələr «məsuliyyətdən yayınmaq və dünyada virusun mənşə yeri barədə, hansı ölkələr buna necə reaksiya verirlər və hansı ölkələr gerçəkdən bütün dünyaya necə kömək edirlər məsələsində tərəddüd yaratmaq cəhdləri edirlər».

Bundan əvvəl mövzunu şərh edərkən, ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, hər bir ölkə bununla məşğuldur. «Onlar bununla məşğul olurlar, biz də məşğul oluruq, hər birimiz bunu müxtəlif cür adlandırırıq» - Tramp izah etmişdi./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi