Rusiyanın Gürcüstanda “seçki planı” iflasa uğradı:

Rusiyanın Gürcüstanda “seçki planı” iflasa uğradı: - İkinci turda kim qalib gələcək?

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin yekun nəticələri rəsmən açıqlanıb.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim Gürcü Arzusu Partiyası 46, 69 faiz səslə qalib gəlib.

İkinci yerdə 30,7 faiz səslə eks-prezident Mixail Saakaşvilinin liderlik etdiyi Vahid Milli Hərəkat Partiyası qərarlaşıb.

Sabiq baş nazir Georgi Qaxariyanın Gürcüstan Uğrunda Partiyası isə 7,38 faizlə üçüncü sırada yer tutub.

Seçkidə iştirak edən digər partiyalar isə 3 faiz belə səs yığa bilməyib.

Artıq hakim partiya öz qələbəsini elan edib. Gürcü Arzusu Partiyasının mövqeyi belədir ki, 47 faizə yaxın səs az göstərici deyil və hökumətin kifayət qədər böyük elektorata malik olmasından xəbər verir.

Ona görə də Mixail Saakaşvilinin Gürcüstana qayıdışı siyasi vəziyyətə təsir göstərə bilməyib. Mixail Saakaşvilinin gəlişindən bir neçə gün ötsə də, ölkədə sabitlikdir. Bu isə hakim partiyanın siyasi dayaqlarının hələ də güclü olduğunu göstərir.

Lakin hakim partiya bir sıra şəhərlərdə, xüsusilə də paytaxt Tbilisdə istədiyi nəticələri əldə edə bilməyib. Seçkilərin ikinci turunun keçiriləcəyini nəzərə alsaq, Gürcü Arzusu Partiyasının qələbəsindən danışmaq hələ tezdir. Çünki Gürcüstan müxalifətinin mövqelərinin güclənməsi fonunda növbəti səsvermənin nəticələrinin hakim siyasi qüvvənin lehinə olacağını söyləmək çətindir.

Nəticələrə əsasən, hakim Gürcü Arzusu Partiyasının namizədi Kaxa Kaladze 45,04 faiz səs əldə edib. Müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Nika Meliya 33,96 faiz, Gürcüstan Naminə Partiyasının namizədi, keçmiş baş nazir Giorgi Qaxariya isə 9,36 faiz səs toplayıb. Bununla mer seçkilərinin ikinci mərhələsi qaçılmaz olub. Bu turda mübarizə Kaxa Kaladze və Nika Meliya arasında gedəcək. Səs çoxluğu qazanacaq namizəd mer seçiləcək.

Hakim partiya paytaxt Tbilisidən başqa, Rustavi, Kutaisi, Poti və Batumi kimi böyük şəhərlərdə qalib gələ bilməyib. Qeyd edək ki, Gürcüstan qanunvericiliyinə görə, böyük şəhər bələdiyyəsinin sədri seçilmək üçün namizəd səslərin 50 faizdən artığını qazanmalıdır. Ancaq Gürcü Arzusu Partiyasının bu göstəricini əldə edə bilməməsi onun ikinci turda qələbə qazanmaq şansını azaldır. Bu da əsasən iki amillə bağlıdır.

Birincisi, son seçkilər hakim partiyanın elektoratının azaldığını təsdiq edir. Doğrudur, Baş nazir İrakli Qaribaşvili Gürcü Arzusu Partiyasının cəmi 31 faiz birmandatlı dairələr üzrə ikinci turda seçkilərdə iştirak edəcəyini deyib. Onun sözlərinə görə, sonuncu parlament seçkilərində bu rəqəm 56 faiz təşkil edib.

Lakin həm gürcü, həm də xarici politoloqlar hakim partiyanın böyük şəhərlərdə, xüsusilə də paytaxtda müxalifətə qalib gələ bilməməsini məğlubiyyətə bərabər vəziyyət kimi qiymətləndirir. Çünki sabiq baş nazir Georgi Qaxariyanın “Gürcü Arzusu”ndan ayrılması və Tbilisi merinə öz namizədliyini irəli sürməsi hakim partiyanın elektoranın parçalanmasına səbəb olub. Paytaxta mer seçkilərində Georgi Qaxariya həlledici fiqur rolunu oynayıb.

O, Kaxa Kaladzeni dəstəkləsə, “Gürcü Arzusu”nun qələbəsi qaçılmaz olardı. Ancaq onun keçmiş partiyadaşları ilə arasında yaranmış ziddiyyət Vahid Milli Hərəkat Partiyanıən xeyrinə işlədi. Təbii ki, vaxtilə Nika Meliyanı həbs etdirmiş Georgi Qaxariya onunla eyni mövqedən çıxış edə bilməzdi. Buna baxmayaraq, Georgi Qaxariyanın Kaxa Kaladzenin qələbəsi üçün geri çəkilməməsi Bidzina İvanişvilinin kadrları arasında münaqişənin dərinləşməsindən xəbər verir. Nəticədə, bütün seçkilərdə reytinqinə görə favorit olmuş Kaxa Kaladze bu dəfə Tbilisi sakinlərinin kifayət qədər səsini toplaya bilmədi. Hakim partiyanın nüfuzdan düşməsində hazırki Baş naziri İrakli Qaribaşvili ilə Georgi Qaxariya arasındakı ziddiyyət də mühüm rol oynayıb. Ona görə də birinci turda Kaxa Kaladzenin qələbə qazanana bilməməsi səsvermənin növbəti mərhələsində onun mövqeyinə ziddi zərbə vura bilər.

Əlbəttə, ikinci turda Georgi Qaxariya amili olmayacaq. Ancaq Kaxa Kaladzenin timsalında hakim partiya daha güclü siyasi rəqiblə üzləşib. Bu, Mixail Saakaşvili fenomenidir. Onun həbs edilməsinə baxmayaraq siyasi iradə göstərib Gürcüstana qayıtması “Mişa”nın tərəfdarlarını fəallaşdıracaq. Bu vəziyyətdən istifadə edən Vahid Milli Hərəkat Partiyasına Tbilisdə səsləri 17 faiz artıraraq 51 faizə çatdıracaq. Birinci turun nəticələri Kaxa Kaladzenin xeyrinə olsa da, Saakaşvilinin qayıdışı protest elektoratı aktivləşdirə bilər. Bu səbəbdən, VMH istər Tbilisidə, istərsə də digər şəhərlərdə narazı seçicilərin səsləri uğrunda mübarizə aparacaq.

Səsvermənin nəticələrinin saxtalaşdırılması isə hakimiyyət üçün arzuolunmaz situasiya yarada bilər. Belə ki, Saakaşvili artıq ölkədədir və istənilən etiraz dalğası Gürcüstanda ikinci dinc inqilabı alovlandırtmış olar.

Faktinfo.az xəbər verir ki,politoloq Əziz Əlibəyli Cebhe.info-ya açıqlamasında Gürcüstanda siyasi proseslərin gələcək inkişafı ilə bağlı bəzi məqamlara toxunub.      

“Biz analoji hadisəni 2012-ci ildə də gördük. Gürcüstanın müasir tarixində böyük siyasi rol oynamış Mixail Saakaşvili seçkilərdə biznesmen Bidzina İvanişvilinin rəhbərlik etdiyi Gürcü Arzusu Partiyasına məğlub oldu. Bidzina İvanişvili Avropaya inteqrasiya ideologiyası ətrafında populyar təbliğat aparıb qalib gəlmişdi. Onun qələbəsinin siyasi əsasları yox idi. Sadəcə olaraq, kasıb gürcü xalqı milyarder Bidzina İvanişvilinin seçki təbliğatına inandı. Gürcüstanlı seçicilər güman etdilər ki, Bidzina İvanişvili öz sərvətini xalqın güzərarının yaxşılaşmasına xərcləyəcək. Bundan sonra Mixail Saakaşvilinin ölkəyə girişini qadağan etdilər. Onunla əlaqəli olan siyasi partiyaları parçaladılar. Çoxları da belə hesab edir ki, Mixail Saakaşvilinin Gürcüstana gəlişinə Bidzina İvanişvili yox, əslində Moskva qadağa qoyub.

Mixail Saakaşvili NATO-nun gəmisində Gürcüstana qayıtmaqla bu prosesi sındırmağa çalışdı. Yəni, Mixail Saakaşvilinin qayıdışı Rusiyaya qarşı demarş məqsədi daşıyırdı.

Düşünürəm ki, Mixail Saakaşvilinin tərəfdarları meydanlarda böyük mitinqlər təşkil etsin və keçmiş ssenarini təkrarlasın. Yəni, vəziyyətə seçki amili üzərindən baxmaq lazım deyil. Qeyd edim ki, seçkilərin ikinci turu keçirilsə, bu, Mixail Saakaşvilinin uğuru olacaq. Çünki bu müddət ərzində Mixail Saakaşvilinin liderlik etdiyi partoya xeyli tərəfdar toplayacaq. Onlar yaxşı işləyir və yaxşı texnoloqları var. Gürcü Arzusu Partiyası ilə Vahid Milli Hərəkat arasında qalan partiyalar var.

Mixail Saakaşvilinin həmin partiyaların elektoratı hesabına 10-15 faiz səs toplamaq imkanı var. Hesab edirəm ki, Gürcü Arzusu Partiyasının 46 faiz səsinin içərisində 5-6 faiz tərəddüd edən seçicilər olub. Xüsusilə də “Gürcü Arzusu” lazım olan tam qələbəni təmin etmək üçün 4 faiz səs itirib.Həmin 4 faiz uğrunda ciddi rəqabət gedəcək. İndiki halda hər iki tərəf seçkiyə getsə, birində 46, digərində 45 faiz əmələ gəlir. Nəticə etibarı ilə hər iki partiya bitərəf kəsimin səslərini əldə etməyə çalışacaq. Bunu da Mixail Saakaşvilinin qazanmaq ehtimalı daha çoxdur”.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi