Sabah, yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya işğuzar səfərə gedəcək.

Sabah, yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya işğuzar səfərə gedəcək. 

AzPolitika.info Ukrayna Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, əvvəlcə Prezident Vladimir Zelenski iqamətgahında İlham Əliyevi qəbul edəcək, daha sonra dövlət başçıları Marinski sarayında mətbuata birgə bəyanat verəcəklər.

Ukrayna mətbuatı yazır ki, dekabrın 24-də Zelenski ilə İlham Əliyev arasında telefon danışığı olub. O, 2022-ci ilin fevral ayında Ukrayna ilə Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağını xatırladıb və fevralda Kiyevdə üç dövlətin liderlərinin iştirakı ilə sammitin keçirilməsini təklif edib.

Qeyd edək ki, fevralda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan strateji danışıqlar aparmaq üçün Ukraynaya səfər edəcək. Kiyevdə Ukrayna ilə Türkiyə arasında bir sıra sazişlərin, xüsusən azad ticarət zonası ilə bağlı razılaşmanın imzalanması planlaşdırılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi