Sahibkarları incidən 20-dən çox vergi əməkdaşı işdən çıxarıldı - SİYAHI

Sahibkarları incidən 20-dən çox vergi əməkdaşı işdən çıxarıldı - SİYAHI 

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən struktur və dövlət idarəetmə islahatları bütün sahələrdə olduğu kimi, vergi sahəsində də uğurla davam etdirilir.

 Bunun nəticəsidir ki, Mikayıl Cabbarovun bu sahəyə rəhbərlik etməsindən sonra dövlət-biznes münasibətləri keçid dövrünə qədəm qoyub, Azərbaycanın vergi sistemində mövcud olmuş bir sıra problemlər əsaslı şəkildə aradan qaldırılıb, vergi orqanlarının strukturu yenidən qurulub, kadr heyətində əsaslı dəyişikliklər aparılıb və ən əsası bu sahədə tam şəffaflıq yaradılıb. Bütün bunların nəticəsində Azərbaycanda "kölgə iqtisadiyyatı"na ağır zərbə vurulub, azad sahibkarlıq fəaliyyəti daha da genişləndirilib.

Mikayıl Cabbarov bu sahəyə rəhbərlik edəndən bəri zaman-zaman kadr islahatları həyata keçirilir, sahibkarların "qəniminə" çevrilmiş vergi əməkdaşları tutduqları vəzifələrdən azad olunurlar. Bu cür addımlar həm sahibkarlar, həm də sıravi əhali tərəfindən rəğbətlə qarşılanır. 

İqtisadiyyat naziri Mikayıl Cabbarovun yeni əmri ilə işlərində yol verdikləri nöqsanlara görə daha 20-dən çox vergi əməkdaşı işdən azad edilib. 

Sözügedən şəxslər Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları olub və onlar Mikayıl Cabbarovun əmri ilə Sərəncama göndəriliblər. 

Demokrat.az işdən çıxarılan vergi əməkdaşlarından bəzilərinin olduğu siyahını əldə edib. Onları oxuculara təqdim edirik:

Aslanov Babək Aslan oğlu,

Məmmədova Esmira Sahib qızı,

Balayeva Gülşən Məmməd qızı, 

Allazov Fuad Bayram oğlu, 

Abdullazadə Hikmət Qədim oğlu, 

Mirzəyev Elvir Rafiq oğlu, 

Allahverdiyev Məzəddin Şiralı oğlu,

Əsgərov Araz Hamlet oğlu, 

Mollayev Şahin Mansur oğlu, 

Rəhimov Elnur Əliqulu oğlu, 

Məlikli Cəmil Güləhməd oğlu, 

Hüseynzadə Valeh Saleh oğlu, 

Əsədov Tamerlan Firudin oğlu, 

Hacıyev Nurəddin Höccət oğlu,

Rzayev İdrak Eldar oğlu, 

Ələkbərov Namiq Oktay oğlu, 

Əsədullayeva Mətanət Qəzənfər oğlu, 

Qeybullayeva Aybəniz Tofiq qızı...

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi