Şair Fəzail İsmayıl Böyükkişinin səhhəti pisləşib - “Artıq akt verilib o,üzvlükdən çıxarılıb”

Şair Fəzail İsmayıl Böyükkişinin səhhəti pisləşib - “Artıq akt verilib o,üzvlükdən çıxarılıb” 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Fəzail İsmayıl Böyükkişinin səhhəti təkrar pisləşib.

Bu barədə Faktinfo.az-a şairin özü məlumat verib.Son üç ay ərzində  həkim nəzarətində olan şairin axırıncı üç gündə səhhətində əlavə problemlər yaranıb.

O,yüngül formada insult keçirib.Bu vəziyyətə düşməsini Fəzail İsmayıl Böyükkişi 17 mart 2017-ci il tarixində AYB sədrinin müşaviri Rauf Aslanov tərəfindən döyülməsi ilə əlaqələndirib.Şairin sözlərinə görə ,Rauf Aslanovun vurdugu zərbələrdən onun dişi sınıb,beyni ağır dərəcəli silkələnib.O, yüz günə yaxın həkim nəzarətində qalıb,hazırda isə ağır vəziyyətdədir.

Faktinfo.az Rauf Aslanovla da əlaqə saxlayıb.Ona qarşı irəli sürülən ittihamlara münasibət öyrənib.R.Aslanov şair F. İ. Böyükkişinin ittihamlarını rədd edib:”Mənim ona xəsarət yetirməməyimə dair ekspertiza rəy verib.Onun hər hansı bir xəsarəti yoxdu,dedikləri şər,böhtandır. O ki,qaldı F.İ.Böyükkişinin AYB-nin üzvü olmasına artıq akt verilib,o üzvlükdən çıxarılıb”.

Faktinfo.az

Şair Fəzail İsmayıl Böyükkişinin səhhəti pisləşib - “Artıq akt verilib o,üzvlükdən çıxarılıb”Şair Fəzail İsmayıl Böyükkişinin səhhəti pisləşib - “Artıq akt verilib o,üzvlükdən çıxarılıb”
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi