Şair Vahid Əzizlə Sumqayıt şəhərində görüş keçirib

Şair Vahid Əzizlə Sumqayıt şəhərində görüş keçirib 

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Corat Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Poeziya evində tanınmış şair Vahid Əzizlə görüş keçirilib.

Faktinfo.az xəbər verir ki,AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbir iştirakçılarını salamlayıb, Vahid Əzizin yaradıcılığı haqqında geniş məlumat verib. Qələm adamlarından Əvəz Mahmud Lələdağ, Əşrəf Veysəlli, Ofelya Babayeva, Rafiq Yusifoğlu, Zirəddin Qafarlı, Varis Yolçuyev, Nazir Rüstəm, Namiq Məna, İbrahim İlyaslı, bədii-qiraətçi Məleykə Alıqızı, Aynur Qafarlı, jurnalist Xatirə Əziz Rəhimli, gənc yazar Səidə Qasımzadə çıxış edib, şairin həyat və yaradıcılığı haqqında maraqlı faktlar söyləyiblər.

AYB Sumqayıt bölməsi və Səməd Vurğun adına Uşaq kitabxanasının birgə layihəsi olan Sabir Sarvan adına Uşaq Poeziya teatrının üzvlərindən- İlahə Bağıyeva, Xoşqədəm Bağıyeva və Ayan Ağayevanın ifasında səslənən şeirlər, Corat Mədəniyyət evinin üzvü İbrahim Fərzəliyevin səsləndirdiyi mahnılar məclisə gözəl bir ovqat bəxş edib.

Sonda,şair Vahid Əziz tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib, həmçinin oxucuların ona ünvanladığı çoxsaylı sualları cavablandırıb, eləcə də bir neçə yeni şeirlərini oxuyub.

Mənsurə Xəlfəbəyli

Faktinfo.az

Şair Vahid Əzizlə Sumqayıt şəhərində görüş keçiribŞair Vahid Əzizlə Sumqayıt şəhərində görüş keçiribŞair Vahid Əzizlə Sumqayıt şəhərində görüş keçirib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər