Saleh Məmmədov saymamazlıq edir-

Saleh Məmmədov saymamazlıq edir- Ucarın Alpı kəndində aparılan yol tikintisində dövlət vəsaiti mənimsənilir-ŞİKAYƏT

Ucar rayonu Alpı kənd sakini Əsgərova Dursun Əsgər qızı tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov barəsində Faktinfo.az-a şikayət məktubu göndərilib.Şikayətçi xanım bildirir ki, AAYDA sədrinə göndərilən şikayətlər cavabsız qalır, yol tikintisində keçirilən tenderlər rüşvətlə udulur,bunun nəticəsidir ki, Azərbaycanda salınan yollar az müddət sonra dağılıb,yararsız hala düşür.

Faktinfo.az Ucar rayonu Alpı kənd sakini Əsgərova Dursun Əsgər qızı tərəfindən sayta göndərilən  məktubda bəzi aşağılayıcı fikirləri ixtisar etməklə şikayəti olduğu kimi yayımlayır:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov qanunları saya salmır.Onun  himayəsi altında yol tikintisi üçün ayrılan külli miqdarda vəsait talan edilir,amma buna rəğmən barəsində tədbir görülmür. Bu cəzasızlığa görə,Saleh Məmmədov hələ də qanunsuz fəaliyyətini davam etdirir.Bunun nəticəsidir ki, Azərbaycanda yeni tikilən yollar az müddət sonra dağılıb yararsız hala düşür. Hazırda Ucar rayonunun Alpı və Qulabənd kəndlərində yol tikintisi işləri aparılır.Alpı və Qulabənd eyni sovetlikdə olan kəndlərdir.Alpı kəndində tikinti işlərini aparan şirkətin yol tikintisi işlərindən anlayışı yoxdur. Sadəcə, Saleh Məmmədova verdiyi rüşvətə görə saxtakarlıqla tenderin qalibi olub.

Ucar rayonu Alpı kəndində aparılan yol tikintisində mənə qarşı da qanunsuzluq edilib.Buna görə əziyyət çəkirəm.Belə ki, Ucar rayonu Alpı kəndində aparılan yol tikintisi zamanı mənə məxsus həyatyanı sahəmə gələn 400 mm-lik metal su borusu çıxarılmış, əvəzində sintetik 300 mm-lik boru  ilə əvəz edilmişdir .Həmin boru vasitəsi ilə isə sudan istifadə etməyimiz qeyri mümkündür. Çünki bu boru vasitəsi ilə gələn sudan 3 nəfər ailənin təsərrüfatı istifadə edir. Buna görə mən yol tikintisinə nəzarət edən mühəndisə şikayətimi bildirdim,o şikayətimə  əhəmiyyət vermədi.Çünki bu adamlar burada dövlətin ayırdığı vəsaiti talan etməklə məşğuldurlar.Sual yaranır ki, hansı qanuna əsasən 3 təsərrüfat sahibinin  su borusu 100 və ya 200 mm-lik boru ilə,1 təsərrüfat sahibinin bərəsi isə 400 mm-lik boru ilə əvəzlənir? Əvvəldən bizə aid  3 ailənin istifadəsində olan 400 millimetirlik  su borusunu ,indi 300 millimetirliklə  əzəzləyib niyə qanunu pozurlar?

Cavab budur ki, həmin şəxslər dövlət vəsaitini talan edən mühəndisə pul verib istəklərinə nail olublar.Bu korrupsiya əməlidir ki, törədilib.Nəticədə də biz əziyyət çəkməli oluruq.Həmçinin qeyd edim ki, Alpı kəndində hazırda aparılan yol tikintisində də ciddi mənimsəməyə yol verilib ki,hazırda təftiş edilməsinə zərurət var.

Mənim üzləşdiyim qanunsuzluğa görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova ərizə ilə müraciət etmişəm, həmçinin elektron qaydada bir neçə dəfə məktub göndərmişəm, ancaq saymamazlıq edib heç bir cavab verməyib.Yuxarıda qeyd etdiyim kimi yol tikintisi ilə məşğul olan "mütəxəssislərin"  başında məhz Saleh Məmmədov dayanıb.Əslində, Saleh Məmmədov dövlətin külli miqdarda vəsaitini talan etdiyi üçün vəzifədə yox, zindanda olmalı idi.

Bu səbəbdən mən mətbuat vasitəsi ilə ilk olaraq aparılan yol tikintisinə görə, Azərbaycan respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm.Həmçinin, birinci vitse -prezident Mehriban Əliyevadan xahiş edirəm ki,dövlətin ayırdığı vəsaiti talan etmiş Saleh Məmmədov və yerlərdə yol tikintisi aparan əlaltılarının barəsində qanunu tədbir görsün. Ucar rayonunun Alpı kəndində aparılan yol tikintisinin obyektiv yoxlanılmasına göstəriş versin.


Saleh Məmmədov saymamazlıq edir-Saleh Məmmədov saymamazlıq edir-Saleh Məmmədov saymamazlıq edir-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi