Sazın, sözün fatehi

Sazın, sözün fatehi 

Azman türk ozanı Ədalət Məhəmmədəli oğlu Nəsibov saz havalarının nadir ifaçısı kimi hələ uşaq yaşlarından xalqımızın sevimlisi olub. Azərbaycan türk ölkəsidir. Türkün də ruhu sazdır. Bunu dünya fatehi Çingiz xan belə deyirdi: “Saz türkün ruhudur. Türk ruhdan düşəndə altındakı at çapmır”. Deməli, türkün ən sevimli sənətkarı, onun ruhu olan aşığıdır. Məhəmməd Fateh, Şah İsmayıl Xətayi, Nadir şah Əfsar da aşıqları çox uca tutmuş onları, göz bəbəkləri kimi qorumuşlar. Çünki Dədə Qorqud övladları, əsil türklər olmuşlar. Aşıq-şair, bəstəkar, ifaçı, aktyor və bu qəbildən olan sözlərin cəmi deməkdir!!!

Türk dünyasının məşhur aşıqlarının hamısını saysam bunu yazmağa qələm-kağız çatmaz. Odur ki, bir neçə türk aşığının adını çəkməklə kifayətlənim: Aşıq Qurbani, Tufarqanlı Abbas, Qaracaoğlan, Xəstə Qasım, Miskin Abdal, Aşıq Valeh, Aşıq Məhəmməd, Aşıq Allahverdi(Ağ aşıq), Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Talıb, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Nəcəf, Aşıq Əmrah, Aşıq Kamandar, Aşıq Hüseyn Saraclı, Azaflı Mikayıl, Aşıq İmran, Aşıq Əkbər və nəhayət Aşıq Ədalət.\

Bu kiçik haşiyədən sonar keçim aşıq söz sənətinin ən korifey övladı Aşıq Ədalət Məhəmmədəli oğlu haqqında söhbətimə. Aşıq Ədalət adlarını saydığım aşıqlar kimi haqq vergili aşıqdır. Aşıq Ədalət xalqımızın o azman sənətkar övladıdır ki, Azərbaycan tarixində hələ heç bir ictimai-siyasi xadimə, sərkərdəyə, alimə, bir sözlə ziyalıya onun qədər gözəl şeirlər həsr edilməyib. Sağ olsun qədir bilən xalqımızı və onun şair, şairə övladlarını. Onu da deyim ki, Aşıq Ədalət şair olmayanları da şairləşdirib, özünə şeir həsr etdirməyi bacaran qüdrətli saz, söz fatehidir.

Aşıq Ədalət haqqında Azərbaycan xalqının , türk dünyasının, habelə digər xalqların görkəmli yazıçıları, ictimai-siyasi xadimləri çox qiymətli fikirlər söyləyib. Məsələn, xalq yazıçımız Mirzə İbrahimov Aşıq Ədalətin sənətkarlığını belə qiymətləndirmişdir: “Əgər Azərbaycan xalqının incəsənət aləmində heç bir nümayəndəsi olmasaydı, təkcə Ədalətin sazı ilə dünya mədəniyyətinə çıxardıq”.

Aşıq Ədalət on bir yaşında Kremlin qurultaylar sarayında saz çalarkən vəcdə gələn Stalin onun alnından öpərək demişdir: “Bu usagi qorumaq lazımdır. O,

gələcəyin misilsiz sənətkarı olacaqdır”. Görkəmli türk yazıçısı Əziz Nesin Aşıq Ədalətin çaldığı saz havasını dinlədikdən sonar demişdir: “Aşıq Ələsgər söz sənətində hər kimdirsə, Aşıq Ədalət də saz sənətində odur!”

Aşıq Ədalətin xətrini ulu öndərimiz Heydər Əlirza oğlu da çox istəmişdir. O, onunla bir çox mötəbər məclislərdə iştirak etmişdir. Təkcə Vaqifin şeir bayramı ilə bağlı Şuşada keçirilən tədbirdə və Vaqifin heykəlinin açılışında Aşıq Ədalətin çıxışını dəyərləndirən Heydər Əliyev onun alnından öpmüş, onu türk dünaysının fəxri övladı adlandırmışdır.

Amma, bir həqiqət var, Dədə Ədalət 1998-ci ildən Bakı şəhərində kirayədə yaşayır.Bu iyirmi il ərzində onun neçə kirayə mənzil dəyişdiyi bizə məlumdur. Aşıq Ədalət uzun müddətdir ki, ağır xərçəng xəstəliyindən əziyyət çəkir. Prezidentimiz İlham Əliyev bir çox dəyərli sənətkarlarımızın xaricdə müalicə olunması üçün şərait yaratmışdır. Təəssüf ki, Aşıq Ədalətin ağır xəstəlikdən əziyyət çəkdiyini və müalicəyə ehtiyacı olduğunu Prezidentimizə çatdırmayıblar. Mən Aşıq Ədalətin müalicə olunmasını, kömək göstərilməsini adiyyatı təşkilatlardan xahiş edirəm və sözümü Aşıq Ədalətə həsr etdiyim “Azman türk ozanı Ədalətimdir” şeirim ilə tamamlayıram. Eyni zamanda, hörmətli oxucuların diqqətinə Ağamalı Sadiq Əfəndinin “Saz çalanda vətən olur Ədalət” şeirini də çatdırıram.

ƏDALƏT

Mərdlik olub türkün astarı üzü,

Sən türkün ruhusan, mən türkün sözü,

Türk hardan tapıbdı bu dözhadözü???

Yoxsa türk ölübən, leşdi Ədalət.

Heç vaxt itirmərəm qeyrəti, arı,

Ötürrəm namərdə azar – bezarı,

Qoymaram, qazsınlar sənə məzarı,

Sənsiz dünya mənə boşdu Ədalət.

Yüz yaşa ay ustad mən sağam hələ,

Həkim tək gələrəm yenidən dilə,

Sapsağlam olarsan, bil şəfam ilə,

Fəzail loğmandan başdı Ədalət.

ƏDALƏTİMDİR!!!

Allahsız insanı insan bilməyən,

Ölümü öldürüb heç vaxt ölməyən,

Dünyaya bir gəlib, bir də gəlməyən,

Eşqim, ruhum, canım Ədalətimdir!!!

Azman türk ozanım Ədalətimdir!!!

O qədər vurğunam o qəlbi gülə,

O da Vurğunuma vurğundu elə, İlahi təb ilə gəlirəm dilə

Solmaz gülüstanım Ədalətimdir!!!

Azman türk ozanım Ədalətimdir!!!

O zalımdan qorxmur, zülmü qorxudur,

O əcəldən qorxmur, ölmü qorxudur,

Onun ömür yolu haqqa doğrudur,

Haqqı da yazanım Ədalətimdir!!!

Azman türk ozanım Ədalətimdir!!!

Öyrənib öyrətmək deyildir bəsi,

Zəngindən, zəngindir mütaliəsi,

Doğruluq, insanlıq mücəssiməsi,

Pozulmaz mizanım Ədalətimdir!!!

Azman türk ozanım Ədalətimdir!!!

Hər xalı pərdədə yeni xanədir,

Nizami nəfəsli, Sabiranədir,

Təpədən dırnağa şairanədir,

Qədimim, bu günüm nəhayətimdir!!!

Azman türk ozanım Ədalətimdir!!!

Könlümə ruh verib dağ aşdırandır,

Mənə kahkaşanlar dolaşdırandır,

Ədəbdir, əxlaqdır, dindir, imandır,

Əməli, sözü bir şəxsiyyətimdir!!!

Azman türk ozanım Ədalətimdir!!!

Qəlbi qızılgüldən incədir elə,

Tumurcuq bağlayıb qönçədir hələ,

Eşqi sirdaş olub bir Allah ilə,

Eşqi Allah olan səadətimdir!!!

Azman türk ozanım Ədalətimdir!!!

Üz – gözündən Qorqud nuru ələnir,

Bədirli ay təkin hey halələnir,

Nur içrə nur olub nura bələnir,

Ən ülvü duyğumdur, saf niyyətimdir!!!

Azman türk ozanım Ədalətimdir!!!

Ondan çox yazsa da şairlər şeir,

“Bəs başı batmışlar hardadır?” – deyir,

Könlüm Ədalətə sağ can istəyir

Onu xəstə görmək xəcalətimdir!!!

Azman türk ozanım Ədalətimdir!!!

Onu kim unutsa unudulandır,

O güclü, qüdrətli Azərbaycandır,

O türk dünyasıdır, böyük Turandır,

Fitrətim, qüdrətim, fəzilətimdir!!!

Azman türk ozanım Ədalətimdir!!!

Onun çox sevdiyi öndərdir Heydər,

O onu hey anır dalğın, mükəddər

Deyir: “Sağ olsaydı ah dostum əgər,

Tezcə ötüb keçən əziyyətimdir!!!”

Azman türk ozanım Ədalətimdir!!!

O nə yayda türyan, nə qış sazaqdır,

Xırda dedi – qodu ondan uzaqdır,

Dədə Ələsgər tək pirdir, ocaqdır.

Hər sözü xəzinə şeriyyətimdir!!!

Azman türk ozanım Ədalətimdir!!!

Fəzail üz tutur bir Allahına,

Cümlə məxluqatın qibləgahına,

Yaş yüzü keçincə qıymasın ona,

O mənim vüqarım, dəyanətimdir!!!

Azman türk ozanım Ədalətimdir!!!

Məni səxavətli anlayar yalnız,

Məni ləyaqətli anlayar yalnız.

Könlüm hər insana qızınmaz mənim,

Dediyim bir kəlmə yazınmaz mənim,

Üzümə ağ olan kəslər gülməyib,

Onların ömrünə dan sökülməyib.

Bunu bilməlidir hər bilməyən də,

İlahi məhəbbət, qəzəb var məndə.

AZMAN OZAN

Zər qədrini zərgər bilər,

Tezcə sağal azman ozan!!!

Könlüm sənə sağ can dilər.

Tezcə sağal azman ozan!!!

Çəkməz qeylu – qallar səni,

Şan – şöhrətə qullar səni,

Yora bilməz yollar səni

Tezcə sağal azman ozan!!!

Dönək o şən çağlara biz,

Gedək üzü dağlara biz,

Bağçalara, bağlara biz

Tezcə sağal azman ozan!!!

Cənnət – behişt olub hər yan,

Bulaq suyu cana dərman,

Gədəbəydi indi loğman,

Tezcə sağal azman ozan!!!

Gəl – gəl deyir Şahzadəmiz,

Gör havası necə təmiz?!!

Ötüb keçsin xoş vədəmiz,

Tezcə sağal azman ozan!!!

Narzan səmtə yol başlayaq,

Saz çalaq, söz bağışlayaq,

Şəmkir çayda saxla ayaq,

Tezcə sağal azman ozan!!!

Sonsuz şükür yaradana,

Burda cansız gələr cana,

Yer – göy olub ata – ana.

Tezcə sağal azman ozan!!!

Haqdan ilham ala – ala,

Könüllərdə qala – qala.

Altmış yaşı saldım yola

Tezcə sağal azman ozan!!!

Nə gözəl bu zövqü – səfa

Fəzail bənzər sərrafa

Allah sənə versin şəfa

Tezcə sağal azman ozan!!!

Ağamalı Sadiq Əfəndi

Saz çalanda vətən olur Ədalət

Fələyindən açılmamış sirdimi,

Sinəsindən yaralanmış şirdimi,

Ozandımı, ocaqdımı, pirdimi,

Dilmi tutar, yazılarmı bu hikmət?

Saz çalanda Allah olur Ədalət.

Ün ünlədi, dağ yeridi üstümə,

Can alışdı, el yeridi tüstümə,

Elə çaldı, elə durdu qəsdimə,

Daha məndə nə hal qaldı, nə halət,

Saz çalanda zülüm olur Ədalət.

Duman gəlib bu dağları alıbsa,

Koroğlu tək pirim darda qalıbsa,

Bağrı qanlı Cünun belə çalıbsa,

Döyünübsə sinəsində bu millət,

Saz çalanda Cünun olur Ədalət.

Səs – sitəmli, sinə – körük, gözlər – qan,

Barmaqlar – dərd, kəlmələr – od, sözlər – qan.

Bundan betər nə inqilab, nə üsyan,

Bundan artıq hayqırmağa nə hacət?

Saz çalanda üsyan olur Ədalət.

Aman allah, haraya bax, haya bax,

Ərzurumdan axıb gələn çaya bax.

Kürəyimi deşib keçən gülləyə,

Qolumdakı çəkilməmiş yaya bax.

Oyan, qafil, tarixləri varaqla,

Qanı batan babaları soraqla,

Bəlkə səni yandıra bu hekayət,

Saz çalanda tarix olur Ədalət.

Ulu dağlar ulusundan aralı,

Quzeyində şir heykirir yaralı,

Dəli ozan, dərdin alım, çal görək,

Geri döndər küsüb gedən maralı,

Bəlkə mənim yatan bəxtim oyana.

Belə çalsan axar sular dayanar,

Dilə gələr tapdaq olan torpaqlar,

Sönüb gedən çıraqlarım alışar,

Yanıb gedən arzularım yarpaqlar.

Darda dada çatan olur Ədalət,

Əllərindən tutan olur Ədalət.

Şükür olsun, ozan gördü gözlərim,

Xeyri-şəri yozan gördü gözlərim.

El yolunda gilə-gilə əriyən,

Şirin candan bezən gördü gözlərim.

İnnən belə yox Tnrıdan diləyim,

İnnən belə yox dilimdə şikayət.

Unləyəndə aşıqların fələyi,

Dədən olur, atan olur Ədalət,

Saz çalanda Vətən olur Ədalət.

Fəzail İsmayıl Böyükkişi

Sazın, sözün fatehi
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi