“Sərdar Cəlaloğlu bunu sübut etməsə, namussuzdur...”

“Sərdar Cəlaloğlu bunu sübut etməsə, namussuzdur...” – Şok açıqlama

“Sərdar Cəlaloğlu iddia edir ki, Fazil Mustafanın FETO-çu olduğunu sübut edəcəyəm”.

Yeni Sabah.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Fazil Mustafa çıxış edib. Deputat bu cür iddiada olanlara indi və bundan sonra da qısa və açıq mesajını göndəririb:

“Öz adıma deyirəm, FETO-çu olan namussuzdur, nakişidir. Dəfələrlə bu böhtanı səsləndirən Sərdar Cəlaloğlu da bunu sübut etməsə namussuzdur, nakişidir.

Deyir ki, bu barədə bir dəfə yazmaq istədim MTN-ə, dostlar qoymadı. Sən satdığın adamlar haqqında məlumatları yazanda dostları eşidəydin barı...

İndi isə fürsətdir, bütün qurumlara yaz, araşdır, incələ. Bir dəfə bu adama söyləmişdim, sən gündə bir dəfə üzünü yuyursan, mənsə azı beş dəfə ayağımı. Ayağım belə sənin üzündən çox-çox təmizdir. Azərbaycan dövləti də, milləti də gözəl bilir ki, bizim bu dövlətdən, bu millətdən başqa qibləgahımız yox!”. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər