"Sərhədlərin qapalı saxlanılması virusa görə deyil"–

"Sərhədlərin qapalı saxlanılması virusa görə deyil"– Deputatdan şok açıqlama

Bu günlərdə bir qrup Gürcüstan azərbaycanlıları iki ölkə arasındakı sərhədlərin açılması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Qeyd edək ki, pandemiya dövrü başa çatsa da Azərbaycan hökuməti karantin rejimini davam etdirir. Bu isə ölkədə ciddi sosial narazılığa səbəb olub.

 Onu da qeyd edək ki, ABŞ Dövlət Departamenti 2022-ci il üçün insan haqlarına dair hesabatında Azərbaycan hökumətinin quru sərhədləri bağlı saxlamasını insan hüquqlarının pozuntusu kimi dəyərləndirib.

 Zaman-zaman sərhədlərin açılması məsələsini gündəmə gətirən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Gununsesi.info-ya açıqlamasında sərhədlərin bağlı olmasını hökumətin yanlış qərarı kimi izah edib.

 “Bu günlərdə bu məsələni parlamentdə qaldırdım. Hökumət üzvləri və Baş nazir də orada idi. Orada Baş nazir dedi ki, sərhədlər həm də “başqa məsələlərə” görə bağlanıb. Ətraflı məlumat vermədi ki, nəyə görə bağlanıb?! Bəziləri əsaslandırır ki, sərhədlərin bağlanmasının səbəbi azərbaycanlıların qonşu ölkələrdə müalicə olunmasının, sərhədyanı ticarətin qarşısının alınmasıdır. İddia olunur ki,  ölkədən çoxlu valyuta çıxarılır. Bundan başqa  bu prosesdə “AZAL”ın çox qazanması amili də səsləndirilir.

 Mən də  birmənalı şəkildə düşünürəm ki, sərhədlərin qapalı saxlanılması “COVİD”ə görə deyil. Bu, mənim daxili inamımdır”.

 Deputat  sərhədlərin qapalı olmasının izahını hansısa “təxribatçı qüvvələrin ölkəyə kütləvi şəkildə gəlməsi və terror aktları törətmək” planı  ilə əlaqələndirməyi də ciddi qəbul etmir.

 “Hökumət bunu “COVİD” ilə əsaslandırır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın bitdiyini elan edib. Avropa Şurası ölkələrinin içində Azərbaycandan başqa öz sərhədlərini bağlı saxlayan bir ölkə yoxdur. Dəfələrlə təşəbbüslə çıxış etmişəm: Sərhədlər açılmalıdır. Kasıb və yoxsul insanların da, xarici və qonşu ölkələrə getmək imkanı olmalıdır. Təyyarə biletlərini almaq o yoxsul adamların imkanları xaricindədir. Onların Gürcüstanda,  Rusiyada, Cənubi Azərbaycanda qohumları var. Amma  bu ölkələrə  gedib-gəlmək imkanı yoxdur”.

 Q. Həsənquliyev bildirb ki, İrandan “təxribatçıların” gəlməsi məsələsi az inandırıcıdır.

 “Ciddi qəbul etmirəm. Daxili İşlər Nazirliyi var, Dövlət Təhlükəsizlik Xidməti var. Millətimiz özü ayıq-sayıqdır. Bu gün Dövlət Sərhəd Xidməti və Gömrük Komitəsinə sərhədlərin mühafizəsi üçün  ABŞ-dan ən müasir texniki avadanlıqlar alıb. Hesab edirəm ki, bu arqument yersizdir”.

 Qüdrət Həsənquliyev sərhədlərin bağlı qalmasının siyasi baxımdan da uğursuz qərar olduğunu deyib: “Bu, həm də Cənubi Azərbaycanla əlaqələrimizin kəsilməsi deməkdir. Təyyarə biletləri o qədər bahadır ki, gedib-gəlmək mümkün deyil”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi