“SMS-lə 9 yazıb göndərib deyirsən ki, gedirəm tuman almağa, 10 yazanda isə

“SMS-lə 9 yazıb göndərib deyirsən ki, gedirəm tuman almağa, 10 yazanda isə gül dəstəsi...” - Natiq Cəfərli

“Hökumət 350 minə yaxın rəsmi müqavilə ilə çalışan muzdlu işçiyə yardım verməyəcək”.

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli deyib.

 “Məntiq də budur ki, məsələn, kimyəvi təmizləmə, kiçik pal-paltar dükanları, avtomobil ehtiyat hissələri satan, təmir edən, yuyan və s. sahələrə işləməyə icazə var. Yəni, bu sahələr rəsmən qapatılmadığı üçün həmin işçilərə və biznes sahiblərinə dəstək düşmür. Xub, əgər SMS lə bayıra çıxmaq kimi məntiqsiz, yerinə yetirilməsi və nəzarəti mümkün olmayan qərar verirlərsə həmin biznes sahələri də siyahıya salınmalıdı. Camaat bayıra çıxmayacaqsa o sahələr necə ayaqda qala bilər?! Ona görə də SMS-lə 5 yazıb göndərib deyirsən ki, gedirəm "ximçistkaya", 6 yazanda "moykaya", 7 yazanda "balansirovkaya", 8 yazanda maşının yağını dəyişməyə, 9 yazanda tuman, 10 yazanda isə gül dəstəsi almağa - hökumətin məntiqi ilə belə olmalıdır, ya da fərq qoyulmadan hamıya maddi dəstək göstərilməlidir!” – N.Cəfərli qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi