Son hadisələr “Qiyamət əlaməti”dir?

Son hadisələr “Qiyamət əlaməti”dir? 

Çində yayılmağa başlayan və demək olar ki, bütün dünyanı ağuşuna alan koronavirus səbəbindən ölkələrin fövqəladə rejim elan edilməsi, səfərlərin dayandırılması müəyyən şayiələrə rəvac verib.

Belə ki, bəziləri virusun sürətlə yayılmasını, Kəbənin “boş” (ziyarət edilməməsini) və bəzi ölkələrin çəyirtkə hücumuna məruz qalmasını “Qiyamət əlaməti” adlandırmağa cəhd ediblər.

Məsələ ilə bağlı Kult.az-a açıqlama verən Məşədi Dadaş məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli bildirib ki, tarixin müxtəlif dövrlərində bu cür hadisələr dəfələrlə təkrarlanıb:

“Bu cür epidemiyalar tarixdə müxtəlif dövrlərdə təkrarlana bilər. Bunların hamısını ümumiləşdirmək yanlışdır. İnsanlar hansısa sensasiya yaratmaq və hansısa mövzu ətrafında digərlərinin marağını cəlb etmək üçün bu kimi məsələləri “Qiyamət əlaməti” olaraq dövriyyəyə buraxırlar. Bu gün dünyanın yaşadığı hadisələr tarixdə dəfələrlə müşahidə olunub. Ona görə də hansısa hadisəni belə qiymətləndirmək kökündən yanlışdır. Quranda bununla bağlı ayə yoxdur. Müəyyən hədislərdə bəzən qeyd olunur ki, Qiyamət öncəsi bəzi xəstəliklər yayıla bilər. Amma onu da konkret tədqiq etmək mümkün deyil. Çünki tarixin müxtəlif dövrlərində epidemiyalar olub və Qiyamət baş verməyib”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi