"Son illərdə içməli suyun qiyməti bir neçə dəfə artsa da, problemlər həllini tapmayıb"

"Son illərdə içməli suyun qiyməti bir neçə dəfə artsa da, problemlər həllini tapmayıb" -DEPUTAT

"Hansısa müvafiq qurumun işinə qiymət vermək fikrim yoxdur.


Lakin suyun qiymətinin artımı məsələsini indiki məqamda məqbul saymıram. Misal üçün, son illərdə içməli suyun qiyməti bir neçə dəfə artsa da, yenə də problemlər həllini tapmayıb. Bundan əlavə, Bakı və bir neçə şəhərdən başqa, digər yerlərdə kanalizasiya və kanalizasiya xidməti olmadığı halda, insanlarımız içməli suyun həcmi qədər çirkab suyunun da pulunu ödəyirlər. Bu isə içməli suyun dəyərinin əlavə olaraq 50 %-i qədəri deməkdir. Yəni qiymət artımı ilə bu məsələlənin köklü həllinə nail olmaq olmaz. 


Faktinfo.az xəbər verir ki,bu sözləri Pravda.az-a müsahibəsində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov deyib.


Deputat suvarma suyu və Kür Çayında səviyyənin aşağı düşməsinə də müsahibəsində yer ayırıb. "Yer kürəsində suyun miqdarı dəyişməzdir. Deyirlər, “Kür quruyur”. Bəs niyə Reyn çayı, Sena çayı qurumur? İçməli suya çirkab suları və kanalizasiyaları axıdanda o canlı su bizdən küsüb ərşə çəkilər. Qlobal dünyada, o cümlədən qonşu ölkələrdə suya olan tələbatın artması, Kür və Araz çaylarının qonşu ölkələr tərəfindən daim çirkləndirilməsinə, o cümlədən ölkəmizə daxil olan su həcmlərinin azalmasına gətirib çıxarır. Azərbaycan bu sahədə müxtəlif beynəlxalq konvensiyaların, o cümlədən transsərhəd suların mühafizəsi üzrə konvensiyanın iştirakçısıdır. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, qardaş Türkiyə, qonşu Gürcüstan ilə Kür çayının istifadəsi, bioresurslarının qorunması və s. sahələrdə razılaşma imzalanmalıdır,"-fikirləri də müsahibədə vurğulanıb.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi