Tanınmış ekspertdən nazirliyə SƏRT İTTİHAM:

Tanınmış ekspertdən nazirliyə SƏRT İTTİHAM: PUL YIĞMAĞI DAYANDIRIN!

"Uşaq bağçaları Elm və Təhsil Nazirliyinə veriləndən sonra valideynlər əvvəlki illərinə şükür edirlər".

Faktinfo.az xəbər verir ki, bu ittihamla tanınmış təhsil eksperti Kamran Əsədov çıxış edib.

"Bildiyiniz kimi, Azərbaycanda 1692 DÖVLƏT uşaq bağçası var və bu müəssisələrə 123 min uşaq cəlb oluna bilər" deyə fikrini davam etdirən ekspert daha sonra bildirir:
"Hörmətli Elm və Təhsil Nazirliyi başınız hər şeydən pul yığmağa (RTİ-ləri direktor, direktor müavini təyinatlarına, sınaq imtahanı keçirmək, XI sinifləri rayon məktəblərinə yazdırmaq və s) necə qarışıbsa, DÖVLƏT uşaq bağçasının da pullu olduğunu düşünübsünüz.
Siz özəl sektordan gəldiyiniz üçün elə bilirsiniz ki, bütün xidmətlər pulludur. Arada gözünüzü və əlinizi pul yığıb saymaqdan saxlayın, o gözünüz və əliniz ilə 2 vərəq kitab oxuyub öyrənin ki, DÖVLƏT UŞAQ BAĞÇASI PULSUZDUR!

Dövlət uşaq bağçasında bütün xidmətlər pulsuzdur, heç bir məqsəd üçün pul yığıla bilməz.
Amma göründüyü kimi, Elm və Təhsil Nazirliyi tətilə gedir, tapşırıb ki, pul yığıb verin, biz istirahətdə gedirik.
Elm və Təhsil nazirliyindən xeyir-dua alan Yeni Günəşli qəsəbəsində 262 nömrəli bağçanın əməkdaşı yalnız tabe olduğu quruma bəlli olan qaydalarını elan edir.
Deyəsən Elm və Təhsil Nazirliyi videolarına çox baxdıqları milyarder İlon Maskı qısa müddətdə keçmək istəyirlər. Nə olub, niyə belə tələsirsiniz?

Hörmətli Elm və Təhsil Nazirliyi, pul yığmağı bir az saxlayıb dincəlin.
Təhsil müəssisələrinə bayram istirahət günlərinizdə rahat əylənmək üçün pul yığılmaq tapşırığınızı saxlayın. Hamı sizin kimi işləmədən, oturduğu yerdən pul qazanmır.

O uşaq bağçasında valideyn var ki, övladına yemək verə bilmir, bağçaya göndərir ki, orada yesin.
Elm və Təhsil Nazirliyi, qaldığınız hər saniyə elmə, təhsilə zərərsiniz, zərərlisiniz.
Sayənizdə təhsil sistemində müsbət nə vardısa, hamısı dəyişib, iyrəncliklər baş alıb, sizin tələbiniz ilə pul yığılması əsas məqsədə çevrilib".


VİDEO BURADA: https://www.facebook.com/watch?v=1253550275574723

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi