Tanınmış uroloq ölkə səhiyyəsini topa tutdu:

Tanınmış uroloq ölkə səhiyyəsini topa tutdu: "O həkimlər professor olmaq üçün ya kimisə satmalı, ya..."

“Bu yaxında tanınmış bir həkimlə söhbət zamanı ondan tibbimizin indiki vəziyyəti barədə nə düşndüyünü soruşdum.

Belə bir cavab verdi: “Əvvəllər xəstələrin səhvi ucbatından problem yaşadığımızı çox xatırlayıram. Amma indi yaşadığımız problemlərin çoxu həkimlərin səhvidir. Biz özümüzü düzəltməliyik”. Məncə, çox doğru sözdür”.

Bu sözləri tanınmış androloq-uroloq Vasif İsmayıl Modern.az saytına verdiyi geniş müsahibə bildirib.

Həkim qeyd edib ki, tibbimiz normal inkişaf edir, dinamik və canlıdır, lakin sivil ölkələrin səviyyəsində deyil: “Tibbdə xoşagəlməyən şeylər əlbəttə ki, çoxdur. 70 il bu ölkə yalanla idarə olunandan sonra, neçə il də bu işin içində rüşvəti saxlayaraq yaxşı bir hadisəmi gözləyirdiniz?

Tibbdə çox uğurlu işlər aparılır, inkişaf həqiqətən də var. Lakin Azərbaycan səhiyyəsi Azərbaycan xalqının tələblərinə cavab vermir”.

V.İsmayılın sözlərinə görə, səhiyyəmizdə ciddi problemlər var: “Təbabətdə – xəstə müayinələrində, müalicəsində də problemlər olur. Sizin nəzərdə tutduğunuz o professorlar necə o səviyyəyə çatıb? O həkimlər professor olmaq üçün ya kimisə satmalı idilər, ya kiminsə qohumu olmalı idilər, ya da kimlərləsə çox yaxşı münasibətlər saxlamalı idilər. Elə bilirsiniz ki, Azərbaycanda oxuyan, professor olanların çoxu həqiqətən bu adı haqq edirlər? Xeyr”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi