Təhsildəki korrupsiya faktları MƏHKƏMƏYƏ DAŞINIR - TƏFƏRRÜAT

Təhsildəki korrupsiya faktları MƏHKƏMƏYƏ DAŞINIR - TƏFƏRRÜAT 

“Təəssüf edirəm ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə etikadan kənar ifadələr işlədən bir şəxs rəhbərlik edir. Halbuki, həmin şəxs yalan danışır.

 O, kimlər tərəfindən idarə olunduğunu etiraf etməlidir. Məhəbbət Vəliyeva çox yaxşı bilir ki, liseylərə və şəhərin mərkəzində olan məktəblərə hansı əsaslarla şagird qəbulu aparılır. O, həmin işlərin mərkəzində duran adam olduğu üçün, rəhbərlik etdiyi idarədə baş verən ikitirəlik, qarşıdurmalar barədə çox yaxşı bilir”.

Bu sözləri Milli Məclisin deputatı Etibar Əliyev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın söylədiklərinə cavabında deyib.

E. Əliyev Redaktor.az-a açıqlamasında M. Vəliyevanı kənar qüvvələrə işləməkdə də ittiham edib: “O qadın kənardan - "5-ci kolon"un nümayəndəsi, vaxtilə Təhsil nazirinin müavini olmuş Məhəbbət Vəliyeva tərəfindən idarə edilir, amma bu ona icazə vermir ki, etikadan kənar ifadələr işlətsin”.

Deputat qeyd edib ki, Bakı məktəblərinin təchizatı ilə bağlı korrupsiya faktları mövcuddur:

“Xəyalə Əhmədzadə havadarlarının sayəsində bu sahələrə - birinci siniflərə qəbul, bütün Bakı şəhərində yerləşən bağçalar və təhsilin idarə edilməsinə kuratorluq edir. Təhsildə hansı hadisələr baş verir, hansı qruplaşmalar var, layihələrə ayrılan vəsaitlərin necə mənimsənildiyini bütün ölkə bilir. Faktlar əlimdə olmasa, bəyanatlarla çıxış etmərəm. O qadın bu cür neqativ halların artmasında mərkəzi fiqurdur və Bakı məktəblərinin təchizatı ilə bağlı dəhşətli maxinasiyalardan, deyəsən, xəbəri yoxdur”.

E. Əliyev bir neçə fakt göstərib və araşdırılmasını tələb edib:

“Məktəblərin təchizatında bütün avadanlıqların qiymətləndirilməsinin reallığa uyğunluğu;

Büdcədənkənar daxil olan vəsaitlərin sərfiyyatı;

65 yaşı keçən direktor və müəllimlərin bir qrupunun əmək qabiliyyətinin uzadılmasının səbəbləri;

Son 2 ildə məktəblərə direktor təyin olunanların fəaliyyəti”.

E. Əliyev yuxarıda sadalanan faktlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib.

Onu da qeyd edək ki, Etibar Əliyev Mehriban Vəliyevanın müavini Xəyalə Əhmədzadənin qanunsuz təyinatlarla məşğul olduğunu bildirib. M. Vəliyeva isə deputatın ittihamlarına cavabında deyib:

"Mənə elə gəlir ki, hər hansı fikir rəsmi şəxs tərəfindən səsləndirilirsə, onun əsası olmalıdır. Əgər onun əlində faktı varsa, biz hazırıq. Bunun üçün hüquq-mühafizə orqanları, rəsmi qurumlara müraciət edib, məsələnin həllinə yönəlməlidirlər.
Boş-boş danışmaqla deyil. Mən də çox şeyi iddia edib deyə bilərəm. Əgər Etibar Əliyevin əlində tutarlı dəlillər varsa, buyurub hüquq-mühafizə orqanlarına müraciət etsin və məsələnin dərinliyinə gedilsin". 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi