Teymur Musayevə böyük etimad göstərilib -

Teymur Musayevə böyük etimad göstərilib - Bir neçə namizəd olmasına baxmayaraq onun üzərində dayanılıb

Azərbaycan Respublikasının Səhiyyə naziri Teymur Musayevə çox böyük etimad göstərilib.

Nazir olmaq üçün seçilən namizədlərin, o cümlədən Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin adının olduğu şəxslərin sırasında Teymur Musayevin üzərində dayanılıb.

Faktinfo.az saytına verilən məlumatda bildirilir ki, Teymur Musayevin nazir təyin olunmasında başlıca səbəb kimi, onun nazir səlahiyyətlərini icra etdiyi müddət ərzində nazirliyin balansında olan səhiyyə müəssissələrində nizam-intizam yarada bilməsi, şəffaflığı müəyyən mənada təmin etməsi, TƏBİB-lə müqayisədə cəmiyyətdə səhiyyə nazirliyinə olan etimadın mümkünləşdirə bilməsi başlıca rol oynayıb.

Sayta verilən məlumatda o da vurğulanır ki, Səhiyyə naziri Teymur Musayevin mükəmməl kadr islahatı, səhiyyə sisteminin inkişafı üçün verə biləcəyi rəy və təkliflər, ümumi müsbət dinamika qarşıdakı 2 il müddətində TƏBİB-in idarəetməsinə verilmiş səhiyyə müəssissələrinin nazirliyin tabeçiliyinə qaytarılmasını mümkünləşdirə bilər.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin ləğv olunacağı, səlahiyyətlərinin TƏBİB və Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinə veriləcəyi ilə bağlı fikirlər də mövcud idi.

Xatırladaq ki, bir müddət əvvəl Faktinfo.az saytı səhiyyə naziri olacaq şəxslərdən daha şanslı namizəd kimi qiymətləndirilmədə Teymur Musayevə üstünlük verildiyinə dair xəbər vermişdir.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi